• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Təhsil

Professor: Azərbaycanı süni intellekt sahəsində aparıcı ölkələrdən birinə çevirmək üçün ciddi potensial var

14 May, 26 / 13:00
A A
Professor: Azərbaycanı süni intellekt sahəsində aparıcı ölkələrdən birinə çevirmək üçün ciddi potensial var

“TUM International GmbH” və Münxen Texniki Universiteti (TUM) ilə Azərbaycan ekosistemi arasında uzunmüddətli tərəfdaşlığın qurulmasından qürur duyuruq. Hesab edirik ki, ilk addım olaraq təməldən başlamalı, təhsil sistemində ən yüksək standartları müəyyən etməli və Azərbaycanda kompüter elmləri, elektrotexnika, eləcə də kompüter mühəndisliyi sahələri üzrə yüksək standartlara cavab verən bakalavr proqramları formalaşdırmalıyıq.

Alyans.media xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Münxen Texniki Universitetinin professoru Hussam Amroç deyib. O bildirib ki, dünya süni intellekt dövrünə daxil olur və bir çox ölkələr bu sahədə ön sıralarda yer almağa çalışır: “Hesab edirik ki, bu mərhələ Azərbaycan üçün transformasiya baxımından çox əlverişli fürsətdir. Fikrimcə, həm Almaniya, həm də Azərbaycan bir-birinin təcrübəsindən faydalana bilər. Biz azərbaycanlı istedadlı tələbələrin Almaniyaya gələrək ekosistemi, tədris metodlarını və təhsil yanaşmalarını yaxından öyrənməsini, daha sonra isə bu bilik və təcrübəni öz ölkələrinə aparmasını səbirsizliklə gözləyirik”.

Hussam Amroç qeyd edib ki, tərəfdaşlığın ilk nəticələri yaxın illərdə özünü göstərəcək: “Beş ildən sonra bu əməkdaşlıq çərçivəsində yetişəcək ilk istedadlı tələbə qrupu Azərbaycanda iş axtaran deyil, yeni iş yerləri yaradan gənclər olacaq. Kompüter elmləri və süni intellekt sahəsində startaplar üçün çox böyük imkanlar mövcuddur. Burada məqsədlərimizi yalnız beşillik perspektivlə məhdudlaşdırmamalıyıq. Azərbaycanı regionda, hətta daha geniş coğrafiyada süni intellekt sahəsində aparıcı ölkələrdən birinə çevirmək üçün ciddi potensial var. TUM Azərbaycana yalnız təhsil və elmi-tədqiqat sahəsindəki təcrübəsini deyil, həm də innovasiya və sahibkarlıq yanaşmasını gətirir. TUM olaraq biz ideyaların yalnız laboratoriyada qalmasını deyil, onların cəmiyyətə və iqtisadiyyata inteqrasiyasını da vacib hesab edirik. Sahibkarlıq bu prosesin əsas elementlərindən biridir. Azərbaycanla uzunmüddətli tərəfdaşlığa böyük önəm veririk və bununla fəxr edirik. Azərbaycan tərəfinin bizə və Münxenə göstərdiyi etimad bizim üçün çox dəyərlidir”.

Əvvəlki yazı

Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu

Növbəti yazı

Bakıda 10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı

XƏBƏR LENTİ

Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

16/05/2026 22:46
Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

16/05/2026 22:18
Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

16/05/2026 21:51
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

16/05/2026 21:24
WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

16/05/2026 21:00
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

16/05/2026 20:55
Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

16/05/2026 20:48
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

16/05/2026 20:36
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

Ümumilikdə 2 min gəmi orada qalıb

16/05/2026 20:27
ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

16/05/2026 20:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.