• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Mədəniyyət

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

16 May, 26 / 21:00
A A
WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) günlərində bir sıra maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın repertuarında yer alan səhnə əsərləri forum iştirakçıları, şəhər qonaqları və turistlər üçün Azərbaycanın zəngin mədəniyyətini, teatr ənənələrini və səhnə sənətini daha yaxından tanımaq üçün maraqlı imkan yaradacaq.

Alyans.media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında teatrın mətbuat katibi Aygün Süleymanova söyləyib.

“İnanırıq ki, paytaxtda keçirilən beynəlxalq tədbir müddətində teatr proqramı Bakıya gələn qonaqların asudə vaxtının daha rəngarəng və yaddaqalan keçməsinə töhfə verəcək”, – deyə o bildirib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində dahi dramaturq Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan “İblis və”, həmçinin Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında eyniadlı tamaşalar subtitrlər vasitəsilə ingilis dilinə tərcümə edilərək xarici qonaqlar üçün daha əlçatan olacaq.

Nümayiş olunacaq tamaşalar barədə ətraflı məlumat verən A.Süleymanova deyib: “İblis və” tamaşasının quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır. “Dantenin yubileyi”nin quruluşçu rejissoru Sankt-Peterburqda yaşayan azərbaycanlı rejissor Ərşad Ələkbərov, musiqi tərtibatçısı Ayat Baxşıyev, rejissor assistentləri Dilbər İsmayılova və Vüqar Məmmədovdur”.

Əvvəlki yazı

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Növbəti yazı

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

XƏBƏR LENTİ

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

16/05/2026 22:18
Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

16/05/2026 21:51
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

16/05/2026 21:24
WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

16/05/2026 21:00
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

16/05/2026 20:55
Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

16/05/2026 20:48
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

16/05/2026 20:36
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

Ümumilikdə 2 min gəmi orada qalıb

16/05/2026 20:27
ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

16/05/2026 20:20
CNN: Ağ Ev İranla bağlı konsensusa gələ bilməyib

CNN: Ağ Ev İranla bağlı konsensusa gələ bilməyib

16/05/2026 20:11
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.