• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

16 May, 26 / 21:24
A A
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

3 yaşı tamam olanadək uşağa qulluq edən valideynin sosial məzuniyyət müddəti əmək stajına daxil edilə bilər.

Alyans.media xəbər verr ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.

Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq edən valideynlərin birinin, yaxud ailənin başqa üzvünün qismən ödənişli sosial məzuniyyət müddətinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməsi istiqamətində müvafiq qanunvericilikdə dəyişikliklər edilməsini zəruri hesab edirlər.

Belə ki, uşağa 3 yaşı tamam olanadək qulluq edən şəxslərin sosial məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik təklif olunur.

Təklifə əsasən, uşağa birbaşa qulluq edən valideynlərdən birinin və ya ailənin digər üzvünün götürdüyü qismən ödənişli sosial məzuniyyət dövrü də məzuniyyət hüququ verən əmək stajına daxil ediləcək.

Dəyişiklik qəbul olunsa, uşağa qulluq məqsədilə işdən müvəqqəti ayrılan şəxslərin həmin müddətdə əmək stajı qorunacaq və bu hal onların gələcək əmək hüquqlarına mənfi təsir göstərməyəcək.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan Əmək Məcəlləsinə görə, qismən ödənişli sosial məzuniyyət müddəti əmək məzuniyyəti hüququ verən əmək stajına daxil edilmir.

Bununla yanaşı, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlərin görülməsi də hədəflər arasındadır.

/Trend

Əvvəlki yazı

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

Növbəti yazı

Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

XƏBƏR LENTİ

Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

Kadir İnanırın son vəziyyəti AÇIQLANDI

16/05/2026 22:46
Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir

16/05/2026 22:18
Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

Azərbaycanda maaşlarla bağlı vacib dəyişiklik – Minlərlə vətəndaşa təsir edəcək

16/05/2026 21:51
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə

16/05/2026 21:24
WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

WUF13 günlərində Akademik Milli Dram Teatrında tamaşalar ingilis subtitrləri ilə təqdim olunacaq

16/05/2026 21:00
Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

Daşkənddə türk xalqlarının çay mədəniyyətinə həsr olunmuş festival keçirilib

16/05/2026 20:55
Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

Minq və Rossbax Bakıda Malayziya və BMT-Habitat arasında əməkdaşlığı müzakirə ediblər

16/05/2026 20:48
WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq

16/05/2026 20:36
İran Filippin gəmilərinin Hörmüz boğazından keçidinə icazə verib

Ümumilikdə 2 min gəmi orada qalıb

16/05/2026 20:27
ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

ÜST-dən hantavirusla bağlı MÜHÜM AÇIQLAMA

16/05/2026 20:20
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.