Bu gün, 8 Noyabr – Zəfər Günü, Azərbaycanın hər bir şəhər və rayonunda böyük coşqu ilə qeyd olunur. Alyans Media olaraq, bu möhtəşəm bayram münasibətilə şəhər sakinləri arasında sorğu keçirdik, konsert proqramından görüntülər topladıq və xalqın sevincini öz obyektivimizə əks etdirdik.
Söhbətləşdiyimiz insanlar Zəfər Gününün onlar üçün nə qədər qürurverici və unudulmaz olduğunu dilə gətirdilər. Hər kəsin üzündə qalib xalqın sevinci, azad torpaqların sevinci hiss olunurdu.
Axşam saatlarında təşkil edilən Zəfər konserti isə şəhərə bayram ab-havası gətirdi. Bayraqlarla bəzədilmiş küçələrdə səslənən mahnılar, hər kəsi bir daha o möhtəşəm 2020-ci ilin qələbə günlərinə apardı.
Bu gün xalqımız bir daha sübut etdi ki, Azərbaycanın Zəfəri əbədidir, qürurumuz sarsılmazdır!
Alyans Media olaraq biz də bu tarixi günün sevincini xalqla birlikdə yaşadıq və geniş süjet hazırladıq, həmin süjeti təqdim edirik.










