Son zamanlar bəzi təhsil şirkətləri insanları aldatdığı üçün valideynlər və abituriyentlər seçim edərkən ehtiyatlıdır. Lakin EduGlobal fərqli yanaşması ilə seçilir.
Azərbaycanda xaricdə təhsil sahəsində etibarlı və peşəkar fəaliyyəti ilə seçilən EduGlobal, Slovakiyanın dövlət universitetlərinin ölkəmizdə yeganə eksklüziv rəsmi tərəfdaşıdır. Şirkət illərdir tələbələrə beynəlxalq təhsil imkanlarına doğru düzgün və təhlükəsiz yol açır. EduGlobal komandası qəbul prosesini hər bir abituriyent üçün şəffaf, sistemli və rahat şəkildə təşkil edir.
Bakıda EduGlobal-un dəstəyi ilə Slovakiyanın dövlət universitetlərinə qəbul üzrə rəhbər Boqdan Tokanı Alyans.media-ya müsahibə verib. O bildirib ki, Azərbaycan abituriyentlərinə Slovakiyada müxtəlif ixtisaslar üzrə — texniki, humanitar və xüsusilə ingilis dilində pulsuz təhsil almaqda kömək edirlər.
Müraciət edənlərə ixtisas seçimi, sənədləşmə, qəbul proseduru və gələcək planlama mərhələsində peşəkar məsləhət xidməti göstərilir. Şirkət xüsusilə Slovakiyada dövlət universitetlərində pulsuz təhsil imkanlarını əlçatan etməsi ilə fərqlənir. Texniki, humanitar və ingilisdilli proqramlar üzrə geniş seçim imkanı təqdim olunur.










