• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Manşet

"Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir" - Prezident

20 Aprel, 26 / 10:47
A A
"Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir" - Prezident
Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.
Alyans.media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.
“Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.
Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir.
Münaqişənin başa çatması Azərbaycanın beynəlxalq səylərinin genişləndirilməsi üçün də yeni imkanları yaratmışdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyi, onun D8 – İqtisadi Əməkdaşlıq üzrə Təşkilata, Mərkəzi Asiyada dövlət başçılarının məşvərətçi görüşlərinə qəbul olunması və COP29 tədbirinə uğurla ev sahibliyi, beynəlxalq ictimaiyyətin Azərbaycanın xarici siyasətinə artan etimadının təzahürüdür”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Əvvəlki yazı

Ötən il 656 bal toplasa da, yenidən imtahan verdi - ADA-da oxumaq istəyir

Növbəti yazı

"Azərpoçt"un rəhbəri işdən çıxdı - yeni vəzifəyə təyin olundu

XƏBƏR LENTİ

Brüsseldə İsrail və Fələstin arasında sülh müzakirə olunur

Brüsseldə İsrail və Fələstin arasında sülh müzakirə olunur

20/04/2026 13:24
“Neftçi” mövsümün sonunda rumıniyalı futbolçu ilə yollarını ayıracaq

“Neftçi” mövsümün sonunda rumıniyalı futbolçu ilə yollarını ayıracaq

20/04/2026 13:17
Azad edilmiş ərazilərdə daha 79 mina, 460 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 79 mina, 460 PHS aşkarlanıb

20/04/2026 13:10
Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək

Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək

20/04/2026 13:04
Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb

Nərimanov rayonunda unlu qənnadı məmulatlarının emalı müəssisəsində istehsal dayandırılıb

20/04/2026 13:00
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

20/04/2026 12:57
Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb

Maştağada evdən 8 min manatlıq qızıl oğurlanıb

20/04/2026 12:56
Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib

Ucarda yeniyetmə qız uşaq dünyaya gətirib

20/04/2026 12:53
Sumqayıtda futbol meydançasında faciə - 23 yaşlı oğlan öldü

Sumqayıtda futbol meydançasında faciə - 23 yaşlı oğlan öldü

20/04/2026 12:32
Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər?

Azərbaycanda pulu daha çox nəyə xərcləyirlər?

20/04/2026 12:05
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.