Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Alyans.media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.










