Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtobus piyadanı vuraraq öldürüb. Hadisə ötən gün səhər saatlarında baş verib.
Alyans.media “Xəzər” TV-yə istinadən xəbər verir ki, Ələşrəf Əliyevin idarə etdiyi “Daevvoo” markalı 10-TG-712 qeydiyyat nişanlı marşrut avtobusu olub. Qəzada həlak olan Firudin Hacıyev isə Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşı idi.










