• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Bölgə

Balakəndə su xətlərinin 70, kanalizasiya şəbəkəsinin 60 faizi inşa olunub

03 Aprel, 26 / 13:39
A A
Balakəndə su xətlərinin 70, kanalizasiya şəbəkəsinin 60 faizi inşa olunub

Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağışlar dağ çaylarında suyun səviyyəsini artırmaqla yanaşı, lillənməyə də səbəb olub. Belə təbii amillər bölgədə içməli su təminatında çətinlik yaratsa da, Balakən rayonunda vəziyyət köklü surətdə dəyişib.

Alyans.media AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəllər çay suları bulandıqda rayonda günlərlə su qıtlığı yaşanardı. Lakin son illər icra olunan iri investisiya layihələri sayəsində bu problem artıq aradan qaldırılır. Hazırda rayonda təkcə dağ çaylarından deyil, həm də alternativ mənbələrdən geniş istifadə olunur.

Balakən rayonu ərazisindən beş dağ çayı axır. Mənbəyini uca dağlardan götürən Siltik və Qaraçay birləşərək Balakənçayı yaradır. Dövlət Su Ehtiyatları Agentliyinin Balakən Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, əvvəllər yağışlı havalarda yaşanan su problemi artıq geridə qalıb: “Son illər həyata keçirilən layihə çərçivəsində Balakənçay hövzəsi boyunca 5 kilometrlik məsafədə 10 müxtəlif yerdə yeni subartezian quyuları qazılıb. Hətta çaylarda güclü lillənmə müşahidə olunduqda belə, biz bu alternativ mənbələrdən istifadə edərək anbarları su ilə doldurmaq imkanına malikik”.

Rayonda əhalinin su təminatının yaxşılaşdırılması üçün rezervuarların inşası əsas prioritetlərdən biridir. İdarənin rəis müavini Rövşən Qardaşovun sözlərinə görə, hazırda Balakən şəhərində 12 mindən çox sakini əhatə edən 4257 abonent var. “Su təminatı zamanı Mahamalar kəndinin yuxarı hissəsində yerləşən 500 kubluq iki anbardan istifadə edirik. Son illər görülən tədbirlər nəticəsində Balakən şəhərində elə də ciddi problemimiz olmayıb. Çay sularında qismən lillənmə olanda, 10 ədəd subartezian quyusundan faydalanırıq”, – deyən rəis müavini onu da əlavə edir ki, hər biri 2 min kub həcmində olan iki su anbarı da inşa edilib. Qarşıdakı illərdə həmin anbarlardan da istifadə olunacaq.

“Balakən şəhərinin və ətraf yaşayış məntəqələrinin içməli su təminatı və kanalizasiya sistemlərinin yenilənməsi” layihəsi çərçivəsində işlər də uğurla yerinə yetirilir. Layihənin icrası şəhərlə yanaşı, Mahamalar kəndi ərazisində də davam etdirilir. Fürsətdən yararlanıb iş gedən ərazilərə baş çəkirik. İş icraçısı Nəriman Xəlilov deyir ki, 400, 280, 250, 160 və 110 millimetrlik boru xətləri çəkirlər. Tikinti briqadaları həyət evlərinə içməli su üçün sayğaclar da quraşdırırlar.

Layihə rəhbəri Xasay Osmanovun sözlərinə görə, ötən ilin noyabrından start götürən işlər uğurla davam edir – su xətlərinin 70, kanalizasiya sisteminin isə 60 faizi hazırdır. 2-ci və 3-cü mərhələlərə vaxtında keçid etmək məqsədilə cari işlərin qrafiki qabaqlayaraq təhvil verilməsi planlaşdırılır.

Bu nəhəng layihənin tam başa çatması Balakən sakinlərinin illərdir gözlədiyi keyfiyyətli, fasiləsiz və təhlükəsiz içməli su təminatına tam zəmin yaradacaq.

Əvvəlki yazı

İstanbulda azərbaycanlı qadın rəssamlarının sərgisi açılıb

Növbəti yazı

Nazir müavini: 2020-ci ildə 900-dən çox şəraitsiz məktəb var idi, sayı 400-ə endirilib

XƏBƏR LENTİ

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20/04/2026 18:44
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

20/04/2026 18:18
Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

20/04/2026 17:43
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.