Alyans.media İz.ru-ya istinadən xəbər verir ki, rusiyalı somnoloq Eduard Yakupov gündəlik vərdişlərin yuxu keyfiyyətinə böyük təsir etdiyini açıqlayıb.
Yakupov bildirib ki, ən geniş yayılmış səhvlərdən biri yatmazdan əvvəl smartfon, planşet və noutbukdan istifadə etməkdir:
“Ekranların mavi işığı melatonin istehsalını 50% azalda bilər və bu, orqanizmin yuxuya hazırlaşmasını əhəmiyyətli dərəcədə çətinləşdirir.”
Həkim həmçinin spirtli içkilərin və gec saatlarda ağır yeməklərin yuxuya mənfi təsirini vurğulayıb:
- Spirtli içki insanı tez yuxuya verə bilər, amma yuxunun keyfiyyətini pozur.
- Axşam saatlarında intensiv məşqlər və ağır şam yeməkləri adrenalin səviyyəsini yüksəldir, ürək döyüntüsünü sürətləndirir və rahat yuxuya mane olur.
Yaşlı insanlar üçün gündüz yuxusu da gecə istirahətini poza bilər. Yakupov yuxu keyfiyyətini artırmaq üçün əsas qaydaları belə sıralayıb:
- Yatmazdan əvvəl qadcet istifadəni məhdudlaşdırmaq.
- Spirtli içkidən çəkinmək.
- Axşam fiziki aktivliyi həddən artıq artırmamaq.
- Sabit yuxu rejimini qorumaq.










