• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə

27 Aprel, 26 / 22:31
A A
Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə

Azərbaycanda radio efirlərinin maarifləndirici və mədəni ünsiyyət platformasından daha çox ucuz şou, qışqırıq və bayağı zarafat meydanına çevrilməsi yenidən müzakirə mövzusu olub.

Alyans.media Yeni Sabah-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Radio TMB 100.5 FM-in aparıcısı, “Çiçək” ləqəbi ilə tanınan Şəhla Vakkasanın canlı efirdəki danışıq tərzi ilə bağlı görüntülər yayılıb.
Jurnalist Pərviz Hüseynlinin paylaşdığı həmin efir parçası sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər aparıcının yüksək səslə, kobud üslubda danışmasını, efirə zəng edən dinləyicilərlə zarafatlaşmasını radio efirinə yaraşmayan davranış kimi qiymətləndiriblər.
Müzakirələrdə bildirilir ki, radio aparıcısı efirdə yalnız əyləndirməklə kifayətlənməməli, həm də dinləyiciyə hörmət etməli, ictimai ünsiyyət mədəniyyətini qorumalıdır. Xüsusilə canlı yayımlarda aparıcının danışıq tərzi, seçdiyi ifadələr və auditoriyaya münasibəti radionun ümumi imicinə birbaşa təsir edir.
Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid atəşinə tutaraq yazıblar ki, efiri ucadan gülmək, mənasız replikalar və dinləyicini lağa qoymaq üzərində qurmaq peşəkar radio aparıcılığı deyil.
Qeyd edək ki, Şəhla Vakkasa “Çiçək” ləqəbi ilə uzun illərdir radio sahəsində tanınır. O, daha əvvəl “Çiçəkli dəqiqələr” verilişi ilə məşhurlaşıb.
Əvvəlki yazı

Orbanın yaxın çevrəsi ölkədən kapital çıxarır

Növbəti yazı

NATO Trampa görə illik sammitləri ləğv etmək istəyir

XƏBƏR LENTİ

Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib

Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib

28/04/2026 13:41
Moskvada yanğında 3 nəfər ölüb, 7 yaralı var

Moskvada yanğında 3 nəfər ölüb, 7 yaralı var

28/04/2026 13:35
Rəsmi Moskva Malidə Rusiya Afrika Korpusunun itkilərinin olduğunu təsdiqləyib

Rəsmi Moskva Malidə Rusiya Afrika Korpusunun itkilərinin olduğunu təsdiqləyib

28/04/2026 13:24
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

28/04/2026 13:19
Ufa meri saxlanılıb

Ufa meri saxlanılıb

28/04/2026 13:11
Elçin Əmirbəyov Vatikanın Dövlət katibi ilə Cənubi Qafqazda sülhü müzakirə edib

Elçin Əmirbəyov Vatikanın Dövlət katibi ilə Cənubi Qafqazda sülhü müzakirə edib

28/04/2026 13:00
“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat

“Şahdağ” hoteli mənə deyil, qardaşıma məxsusdur” - Deputat

28/04/2026 12:35
Bakıda avtobusla minik maşını toqquşdu: xəsarət alan var

Bakıda avtobusla minik maşını toqquşdu: xəsarət alan var

28/04/2026 12:09
İki nəfəri öldürənlərə ən ağır cəza tələb olundu

İki nəfəri öldürənlərə ən ağır cəza tələb olundu

28/04/2026 11:43
Bakıda körpə müayinəyə aparıldığı xəstəxanada öldü

Bakıda körpə müayinəyə aparıldığı xəstəxanada öldü

28/04/2026 11:17
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.