Milli Onkologiya Mərkəzində otaqlardan birində partlayış baş verib.
Alyans.media xəbər verir ki, partlayış nəticəsində xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, həkim-radioloq Asif Nəsirli ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma aparılır.










