19 aprel 2026-cı il tarixində Boston şəhərində yerləşən Gillette Stadium stadionunda MLS çərçivəsində maraqlı qarşılaşma keçirildi. Columbus Crew səfərdə New England Revolution ilə üz-üzə gəldi. Oyun Bakı vaxtı ilə saat 03:30-da start götürdü.
Bu barədə Alyans.media-ya azarkeşlər məlumat verib. Görüşün sonlarına yaxın heyət dəyişikliyi baş verdi. 88-ci dəqiqədə Nəriman Axundzadə meydana daxil oldu. O, Steven Moreiranı əvəz edərək komandasının heyətində oyuna qoşuldu.
Qarşılaşmanı stadiondan izləyən azərbaycanlı azarkeşlər Nəriman Axundzadəni xüsusi dəstəklə qarşıladı. Tribunada Azərbaycan bayrağı açıldı və futbolçunun meydana çıxışı alqışlarla müşayiət olundu. Xaricdə keçirilən oyunda həmyerlilərimizin bu cür fəallığı diqqət çəkdi.
Qeyd edək ki, azərbaycanlı futbolçunun ABŞ-da çıxışı və azarkeş dəstəyi yerli azarkeşlər arasında da maraqla qarşılandı.










