• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə kriminal

Onlayn kazino oyunlarına qarşı əməliyyat - 4 nəfər tutuldu 

16 Mart, 26 / 18:15
A A
Onlayn kazino oyunlarına qarşı əməliyyat - 4 nəfər tutuldu 
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
Alyans.media APA-ya istinadən xəbər verir ki, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər – Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777” adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
“Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc” vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir”,- deyə, məlumatda bildirilib.
Əvvəlki yazı

36 saatda yoxa çıxan şəhər: Pripyatın tərk edilmiş həyatının sirli hekayəsi

Növbəti yazı

Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq

XƏBƏR LENTİ

Astanada RES2026 çərçivəsində yüksək səviyyəli iqlim sessiyası keçirilir 

Astanada RES2026 çərçivəsində yüksək səviyyəli iqlim sessiyası keçirilir 

23/04/2026 15:35
Azərbaycan Misirlə iqtisadi əməkdaşlığı müzakirə edir

Azərbaycan Misirlə iqtisadi əməkdaşlığı müzakirə edir

23/04/2026 15:26
Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib

Türkiyə nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərini ziyarət edib

23/04/2026 15:16
Ölkə üzrə pensiyalar sabah tam ödəniləcək

Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək

23/04/2026 15:08
İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

İndoneziya Rusiyadan 150 milyon barel neft alacaq

23/04/2026 14:46
Britaniya şirkəti Azərbaycanda qızıl yatağında flotasiya qurğusunu modernləşdirir

Britaniya şirkəti Azərbaycanda qızıl yatağında flotasiya qurğusunu modernləşdirir

23/04/2026 14:37
Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir

Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir

23/04/2026 14:34
Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib

23/04/2026 14:26
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb

Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb

23/04/2026 14:15
Zelenskinin Ofisi: ABŞ-İran danışıqları Ukraynadakı sülh prosesinə təsir edir

Zelenskinin Ofisi: ABŞ-İran danışıqları Ukraynadakı sülh prosesinə təsir edir

23/04/2026 14:12
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.