• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Politoloq: İlham Əliyev–Donald Tramp görüşü Azərbaycanın strateji çəkisini bir daha təsdiqlədi

24 Yanvar, 26 / 11:15
A A
Politoloq: İlham Əliyev–Donald Tramp görüşü Azərbaycanın strateji çəkisini bir daha təsdiqlədi

Son günlərin ən əhəmiyyətli hadisələrindən biri Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında Davosda baş tutan görüş oldu. Bu görüş ətrafında müxtəlif şərhlər səslənsə də, prosesin mahiyyəti kifayət qədər aydındır. Bu səbəbdən məsələyə bir az da real  yanaşmaq ücün Alyans.media olaraq Politoloq Turan Rzayevin fikrini soruşduq.

Politoloqun fikrincə, Prezident İlham Əliyevin yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüş əvvəlcədən gözlənilən, lakin məzmun baxımından xüsusi əhəmiyyət daşıyan diplomatik hadisədir. Son dövrlər Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan yaxınlaşma fonunda bu təmas Vaşinqtonun Bakını regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi qəbul etdiyini bir daha ortaya qoydu.
Ekspert qeyd edir ki, “Görüşün əsas strateji əhəmiyyəti Cənubi Qafqazda davamlı sülhün təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə bağlıdır. Donald Trampın ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalara xüsusi vurğu etməsi də təsadüfi deyil. Həmin razılaşmalar regionun təhlükəsizlik arxitekturasında yeni mərhələnin əsasını qoyub.
Politoloqun sözlərinə görə, Vaşinqton görüşü və orada əldə edilən razılaşmalar Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması baxımından mühüm dönüş nöqtəsi olub. Sülh sazişinin paraflanması və TRIPP (Zəngəzur dəhlizi) layihəsi kimi regional infrastruktur təşəbbüslərinə dair razılıqlar Cənubi Qafqazın gələcək geosiyasi xəritəsini formalaşdıran tarixi addımlar kimi qiymətləndirilməlidir.  Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh artıq təkcə siyasi müstəvidə deyil, real iqtisadi nəticələrlə özünü göstərir. Ermənistanla neft məhsullarının ixracı, taxıl daşımaları kimi konkret ticarət əlaqələrinin formalaşması sülhün praktik dividendlər verdiyini nümayiş etdirir. Bu amil Zəngəzur dəhlizinin strateji əhəmiyyətini bir daha ön plana çıxarır.
Politoloqun qənaətinə görə, bu proseslər Donald Tramp üçün də həm şəxsi siyasi karyerası, həm də ABŞ-ın xarici siyasət kursu baxımından mühüm nəticələr doğurur. Azərbaycanın qalib tərəf olmasına baxmayaraq konstruktiv və praqmatik mövqe sərgiləməsi Vaşinqtonun Bakıya olan etimadını daha da gücləndirir. Prezident İlham Əliyevin liderlik modeli və balanslı siyasəti Ağ Ev üçün Azərbaycanı məqbul və proqnozlaşdırılan tərəfdaş edir”.
Açıqlamada Sülh Şurası məsələsinə də xüsusi diqqət çəkilir. Politoloq bildirir ki, “Azərbaycanın ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv kimi dəvət olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bakı bu təşəbbüsü hərbi və ya blok xarakterli struktur kimi deyil, humanitar və idarəetmə yönümlü mexanizm kimi dəyərləndirərək qəbul edib. Bununla yanaşı, Azərbaycan Vaşinqtonla strateji tərəfdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu da açıq şəkildə nümayiş etdirir”.
Ekspert hesab edir ki, liderlərin ikitərəfli münasibətlərin perspektivləri, qarşılıqlı səfərlər və diplomatik təmasların davamlılığı barədə fikir mübadiləsi ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Yekun olaraq Turan Rzayev vurğulayır ki, İlham Əliyev–Donald Tramp görüşü Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirməklə yanaşı, Cənubi Qafqazda sülh proseslərinin daha dayanıqlı və institusional əsaslarla inkişafı üçün real zəmin yaradır. Bu görüş ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində yeni layihə və təşəbbüslərin reallaşmasına yol açan mühüm siyasi mesaj kimi dəyərləndirilməlidir.

Əvvəlki yazı

Yer kürəsində maqnit qasırğası gözlənilir

Növbəti yazı

Tolikin yerinə O GƏLDİ

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.