• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qadın hərbçilər üçün müddət azaldılır - 3 ildən 6 ayadək

17 Mart, 26 / 13:13
A A
Qadın hərbçilər üçün müddət azaldılır - 3 ildən 6 ayadək

Qadınlar üçün müddətdən artıq həqiqi hərbi xidmət 3 ildən 6 ayadək azaldılacaq.

Alyans.media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsini Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib.

Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.2-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib. Həmin müddəa “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 12-ci maddəsinin “b” bəndində də nəzərdə tutulub.

Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunur.

Bildirilib ki, bu dəyişiklik qadın hərbi qulluqçuların hərbi xidmətə uyğunlaşma imkanlarının artırılmasına, kadr axınının azaldılmasına və hərbi xidmətin təşkilinin səmərəliliyinin yüksəldilməsinə xidmət edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əvvəlki yazı

Novruzun simvolları Keçəl və Kosa haradan yaranıb ? - Tarixi köklər və maraqlı məqamlar

Növbəti yazı

Hülya Avşarın rol aldığı serialın yayımı dayandırılır

XƏBƏR LENTİ

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

Terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib

10/04/2026 13:17
Bu şəxslər işdən məcburi çıxarılacaq

Bu şəxslər işdən məcburi çıxarılacaq

10/04/2026 13:13
Starmer: Böyük Britaniya risklərə hazır olmalıdır

Starmer: Böyük Britaniya risklərə hazır olmalıdır

10/04/2026 13:10
Yazda Ankaraya qar yağdı

Yazda Ankaraya qar yağdı

10/04/2026 12:48
Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR

10/04/2026 12:22
Bələdiyyə sədrinin yalanı üzə çıxdı - 13 hektar sahə...

Bələdiyyə sədrinin yalanı üzə çıxdı - 13 hektar sahə...

10/04/2026 12:00
Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

Qayınata təpiklə vurub kürəkəninin bağırsağını partlatdı

10/04/2026 11:34
Azərbaycan neftinin qiyməti açıqlandı

Azərbaycan neftinin qiyməti açıqlandı

10/04/2026 11:33
"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

"Uzak şehir"in çəkilişləri DAYANDIRILDI

10/04/2026 11:09
Müctəba qonşularına müraciət etdi: Şeytanlar…

Müctəba qonşularına müraciət etdi: Şeytanlar…

10/04/2026 10:44
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.