• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Dünya

Ramazan münasibətilə məhbusları əfv etdilər

19 Fevral, 26 / 10:32
A A
Ramazan münasibətilə məhbusları əfv etdilər

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan Ramazan ayı münasibətilə 1440 məhbusa əfv verib.

Alyans.media xəbər verir ki, bu barədə ölkənin rəsmi WAM agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qərar məhkumlara yeni həyata başlamaq imkanı yaratmaq və onların ailələrinin üzərindəki maddi yükü azaltmaq məqsədi daşıyır.

Prezidentin fərmanına əsasən, müxtəlif cinayətlərə görə həbs və islah müəssisələrində cəza çəkən 1440 nəfər azadlığa buraxılacaq. Eyni zamanda, dövlət başçısı əfvdən yararlanan məhkumların üzərinə düşən maliyyə öhdəliklərinin də qarşılanmasını tapşırıb.

Bundan başqa, Suriya Prezidenti Əhməd əl Şaraa da Ramazan ərəfəsində ümumi əfv fərmanı imzalayıb.

Fərmana əsasən, ömürlük həbs cəzaları 20 ilə endirilir, müvəqqəti həbs cəzalarının yarısı bağışlanır, yüngül və müəyyən kateqoriyalı cinayətlər üzrə cəzalar tamamilə ləğv edilir.

Əfv qaçaqmalçılıqla bağlı bəzi cinayətləri, müəyyən kibercinayətləri, valyuta əməliyyatları ilə əlaqədar hüquq pozuntularını da əhatə edir. Silah və sursatla bağlı cinayətlər üzrə cəzalar isə silahların fərmanın dərcindən sonra üç ay ərzində təhvil verilməsi şərti ilə bağışlanacaq.

Oğurluq cinayətlərində əfv üçün zərərçəkənin könüllü və qeyd-şərtsiz razılığı əsas şərt kimi göstərilib.

Eyni zamanda, ciddi sağlamlıq problemləri olan və müəyyən yaş həddini keçmiş məhkumlar tibbi komissiyanın rəyindən sonra əfvdən yararlana biləcəklər.

Bununla yanaşı, işgəncə, insan alveri və ağır zorakılıq cinayətləri əfv fərmanının əhatə dairəsinə daxil edilməyib.

Əvvəlki yazı

Orxan Lökbatanlı sağdır

Növbəti yazı

4 ölkə üçün Azərbaycana viza tələbi ləğv edildi - RƏSMİ

XƏBƏR LENTİ

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

Daha 3 itkin şəhidimiz dəfn ediləcək

13/05/2026 10:46
Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

Lökbatanda yanğında anbarın 21 min kvadratmetri yanıb

13/05/2026 10:18
Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

Bu ixtisası bitirənlər İŞSİZ QALACAQ

12/05/2026 23:36
Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

Sabahdan bu müntəzəm marşrutun avtobusları yenilənir

12/05/2026 23:11
Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

Şuşada giriş və çıxış yolları yenidən təşkil edildi

12/05/2026 22:38
Azər Əhmədov vəzifəsindən azad edildi

Azər Əhmədov vəzifəsindən azad edildi

12/05/2026 22:17
Minsk sülhə sadiq olsa da…” Lukaşenko

Minsk sülhə sadiq olsa da…” Lukaşenko

12/05/2026 21:58
“Mən yaxşıyam” Elvin Cəfərquliyev

“Mən yaxşıyam” Elvin Cəfərquliyev

12/05/2026 21:29
Süni intellekt gələcəkdə hansı peşələri yox edə bilər? – EKSPERT AÇIQLADI

Süni intellekt gələcəkdə hansı peşələri yox edə bilər? – EKSPERT AÇIQLADI

12/05/2026 20:48
Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?

Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?

12/05/2026 20:21
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.