Tovuzda bədbəxt hadisə baş verib.
Alyans.media xəbər verir ki, hadisə rayonun Çatax kəndində qeydə alınıb. Kənd sakini 2020-ci il təvəllüdlü S.Quliyev yaşadığı evin həyətində oynayarkən elektrik cərəyanı vurub. 6 yaşlı uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.










