• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Vüqar İskəndərov: “Şəhərsalma və Memarlıq İli Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsidir”

13 Yanvar, 26 / 14:31
A A
Vüqar İskəndərov: “Şəhərsalma və Memarlıq İli Azərbaycanın gələcək inkişaf strategiyasının tərkib hissəsidir”

 

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkənin müasir inkişaf mərhələsində strateji addım kimi qiymətləndirilir. Milli Məclisin deputatı Vüqar İskəndərov Alyans.media -ya açıqlamasında bu qərarın əhəmiyyətindən danışıb.

Deputat bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı təkcə memarlıq sahəsinin deyil, ümumilikdə Azərbaycanın gələcək vizionunun bir hissəsidir:
“Bu il Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin başlanğıcıdır. İşğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri məhz müasir şəhərsalma yanaşmasına əsaslanır. Ənənə və innovasiyanın vəhdəti, xalqımızın tarixi yaddaşını əks etdirən memarlıq nümunələrinin qorunması və yenidən dirçəldilməsi əsas prioritetlərdəndir.”

 

Vüqar İskəndərov həmçinin qeyd edib ki, “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının tətbiqi, ekoloji baxımdan dayanıqlı yaşayış məkanlarının yaradılması və müasir infrastrukturun qurulması, Azərbaycanın gələcəyinə edilən ciddi bir sərmayədir.

“Şəhərsalma və Memarlıq İli” təkcə texniki və infrastruktur layihələri əhatə etmir. Bu həm də milli kimliyimizin, mədəni irsimizin və şəhər mədəniyyətinin inkişafına yönəlmiş genişmiqyaslı ideoloji platformadır. Bu baxımdan bütün müvafiq qurumlar və ictimaiyyət bu prosesi dəstəkləməli, ona töhfə verməlidir,” – deyə deputat fikrini tamamlayıb.

Xatırladaq ki, 2026-cı il Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Məqsəd Azərbaycanın müasir memarlıq mühitini inkişaf etdirmək, şəhərsalma sahəsində qabaqcıl təcrübələri tətbiq etmək və milli memarlıq dəyərlərini gələcək nəsillərə ötürməkdir.

Əvvəlki yazı

Sabah Bakıya qar yağacaq

Növbəti yazı

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.