• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

13 May, 26 / 18:30
A A
Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Apreldə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC neft istehsalçısı ölkələrdən ibarət OPEC+ qrupunun gündəlik hasilatı 1,9 milyon barel azalaraq 40,1 milyon barelə düşüb. Qrupun gündəlik neft istehsalı Yaxın Şərqdəki münaqişədən əvvəlki səviyyələrdən 11,9 milyon barel aşağıda qalıb, OPEC üzrə hasilat isə son 35 ilin ən aşağı səviyyəsinə düşüb.

Alyans.media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

Məlumata görə, OPEC+ üzrə neft tədarükü martda ən aşağı səviyyəyə endikdən sonra aprel ayında məhdud bərpa göstərərək 90 min barel artaraq gündəlik 54,9 milyon barel olub. Buna baxmayaraq, İranın Qətərdəki enerji infrastrukturuna hücumlarından sonra yaranan itkilər səbəbindən hasilat münaqişədən əvvəlki səviyyələrdən gündə 820 min barel aşağı olaraq qalıb. Apreldə Körfəz ölkələrindən ümumi neft ixracı əvvəlki aya nisbətən 1,9 milyon barel artaraq gündəlik 10,5 milyon barelə yüksəlib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq və İrandan Hörmüz boğazından istifadə etmədən həyata keçirdiyi neft ixracı apreldə 1,3 milyon barel artaraq gündəlik 7,8 milyon barelə çatıb. Qətər də daxil olmaqla, Yaxın Şərq və Körfəz bölgəsində ümumi neft hasilatı müharibənin başlanğıcından bəri 14,4 milyon barel və ya 45 faiz azalaraq aprel ayında gündəlik 17,6 milyon barelə düşüb.

Hesabatda Hörmüz boğazının faktiki olaraq bağlı qaldığı və ABŞ ilə İran arasında danışıqların davam etdiyi, bunun da proqnozlarda əhəmiyyətli qeyri-müəyyənliklər yaratdığı bildirilib. Boğazın iyunun əvvəlinə qədər bağlı qalacağı və minatəmizləmə əməliyyatlarından sonra ixracın tam normal vəziyyətə qayıtması üçün ən azı iki-üç ay lazım olacağı, Yaxın Şərq neft hasilatının əhəmiyyətli dərəcədə bərpasının isə daha uzun çəkəcəyi ehtimal edilir. Həmçinin qeyd olunub ki, enerji infrastrukturuna dəyən ziyan cari hesablamalara daxil edilib, lakin təsirin həqiqi dərəcəsi və bərpa prosesi barədə daha dəqiq məlumatlar ortaya çıxdıqca proqnozlar yenidən nəzərdən keçirilə bilər.

Əvvəlki yazı

Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

Növbəti yazı

Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib

XƏBƏR LENTİ

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

13/05/2026 18:53
Trampın Çinə səfəri başlayıb

Trampın Çinə səfəri başlayıb

13/05/2026 18:40
Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

Azərbaycan və Özbəkistan HHQ nümayəndələri arasında görüş keçirilib

13/05/2026 18:36
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib

Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib

13/05/2026 18:33
Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

Yaxın Şərq və Körfəzdə neft hasilatı münaqişənin başlanğıcından bəri 45 faiz azalıb

13/05/2026 18:30
Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

Azərbaycan beynəlxalq axtarışa verilən Hindistan vətəndaşını təhvil verib

13/05/2026 18:19
Şərur rayonuna dolu yağıb

Şərur rayonuna dolu yağıb

13/05/2026 18:11
"Bavariya" Entoni Qordonun transferi ilə bağlı irəliləyişə nail olub

"Bavariya" Entoni Qordonun transferi ilə bağlı irəliləyişə nail olub

13/05/2026 18:04
Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

Ərdoğan Qazaxıstanda dövlət səfərindədir

13/05/2026 17:40
Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib

Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib

13/05/2026 17:26
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.