Bakıda 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Hyundai” markalı minik avtomobili ilə “Bolt” xidmətinə məxsus motosiklet toqquşub.
Alyans.media xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə xəsarət alan olmayıb. Qəza sonrası sürücülər nəqliyyat vasitələrindən düşərək bir-birilə əlaqə məlumatlarını və avtomobillərin dövlət qeydiyyat nişanlarını mübadilə ediblər.










