• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Azərbaycan–Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir

11 Fevral, 26 / 16:35
A A
Azərbaycan–Türkiyə peşə təhsili əməkdaşlığı icra mərhələsinə keçir
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının rəhbərlik etdiyi nümayəndə heyəti 8-12 fevral tarixlərində Türkiyə Respublikasına işgüzar səfər edib.
Alyans.media xəbər verir ki, səfər çərçivəsində peşə təhsili sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş görüşlər keçirilib.
Səfər hər iki dövlət arasında peşə təhsili sahəsində əməkdaşlığın gücləndirilməsi, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət daşıyan  “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”dan irəli gələn öhdəliklərin icrası, birgə təsis ediləcək peşə təhsil müəssisələrinin fəaliyyətinin təşkili və qardaş məktəblərlə əlaqələrinin qurulması istiqamətində tədbirlərin görülməsi məqsədini daşıyır.
Səfər çərçivəsində Türkiyə Respublikası Milli Təhsil Nazirliyində nazir müavini Muhammet Bilal Macit və Peşə və Texniki Təhsil üzrə Baş İdarənin müdiri Salih Kaygusuz ilə görüşlər baş tutub.
Eyni zamanda nümayəndə heyəti Ankara şəhərində yerləşən Gölbaşı Mogan Turizm Peşə və Texniki Anadolu Liseyində olub, praktika əsaslı təlim, tədris-təcrübə mehmanxanası modeli və məzunların əmək bazarına inteqrasiyası mexanizmləri ilə tanış olub.
Daha sonra Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Eren ilə keçirilən görüşdə peşə təhsili üzrə ixtisaslar üzrə avadanlıq təchizatı və birgə layihələr müzakirə edilib. Bununla yanaşı, Ankara Universitetinin Baytarlıq fakültəsində dekan, professor Necmettin Ünal ilə görüş keçirilib, baytarlıq sahəsində kadr hazırlığı, müəllimlərin ixtisasartırması və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.
Səfər Azərbaycan-Türkiyə arasında peşə təhsili üzrə əməkdaşlığın artıq icra və praktik mərhələyə keçdiyini bir daha nümayiş etdirir.
Əvvəlki yazı

Pensiyalar 2 ayın artımı ilə birgə bu tarixdə veriləcək

Növbəti yazı

Bu sürücülər 100 manat 3 bal CƏRİMƏLƏNƏCƏK

XƏBƏR LENTİ

Günay Avropa üçüncüsü oldu

Günay Avropa üçüncüsü oldu

23/04/2026 23:36
Metroda qatarların hərəkəti tam bərpa olundu

Metroda qatarların hərəkəti tam bərpa olundu

23/04/2026 23:20
Quru sərhədlər açıldı?

Quru sərhədlər açıldı?

23/04/2026 23:09
Küləklə bağlı – Xəbərdarlıq

Küləklə bağlı – Xəbərdarlıq

23/04/2026 22:44
92 yaşlı kişi kafedə öldü

92 yaşlı kişi kafedə öldü

23/04/2026 22:20
Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

23/04/2026 22:15
Timatinin də adı həmin siyahıda var

Timatinin də adı həmin siyahıda var

23/04/2026 22:05
“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

23/04/2026 22:04
WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

23/04/2026 21:43
“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.