Alyans.media xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 59 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda rusiyalı Marta Getmanova ilə qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.










