Bakı-Sumqayıt marşrutu üzrə hərəkətdə olan sürət qatarı Novxanı sahəsindən keçən hissədə piyadanı vurub.
Alyans.media Report-a istinadən xəbər verir ki, dəmir yolu xəttinə çıxan orta yaşlı kişi qatarın vurması nəticəsində həyatını itirib.
ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, qatar Abşeron dairəvi marşrutunun Pirşağı-Sumqayıt hissəsində hərəkətdə olarkən yola qəfil insan çıxıb.
“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.
Əməkdaşlar tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb.
Hadisə ilə əlaqədar qatarın hərəkətində yubanma qeydə alınıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır”.










