• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sağlamlıq

Hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

12 Fevral, 26 / 11:24
A A
Hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
Hidronefroz böyrəklərdə sidiyin yığılıb qalması nəticəsində böyrəyin piylənməsi və sidik yollarının genişlənməsi ilə xarakterizə olunan bir vəziyyətdir.
Alyans.media xəbər verir ki, normalda sidik böyrəklərdən sidik axarına (ureter) və oradan sidik kisəsinə axır. Əgər sidiyin axmasına hər hansı maneə yaranarsa (daş, daralma, sidik yolunun anadangəlmə qüsuru və s.), sidik böyrəkdə yığılır və böyrək toxumasına təzyiq edərək onun zədələnməsinə səbəb olur. Hidronefroz müalicə olunmasa, böyrək toxuması zədələnə bilər və nəticədə xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Erkən diaqnoz və vaxtında müalicə çox önəmlidir.
Hidronefroz diaqnozu USM (ultrasəs müayinəsi), KT (kompüter tomoqrafiyası) və ya MRT uroqrafiya, İVP (intravenoz pieloqrafiya), sidik analizi və qan testləri əsasında qoyulur. USM böyrəkdə maye yığılmasını, böyrəyin piylənməsi və ya genişlənməsi göstərir, KT və ya MRT sidik yolunda maneənin səbəbini aşkar edir, İVP (intravenoz pieloqrafiya) kontrast maddə ilə böyrəklərin işləmə vəziyyətini qiymətləndirir, sidik analizi və qan testləri isə böyrəyin funksional vəziyyətini göstərir.
Müayinə və müalicə uroloq və nefroloq tərəfindən aparılır. Müalicə üsulu hidronefrozu yaradan səbəbdən asılı olaraq dəyişir. Əgər daş səbəbindən yaranıbsa, daşın çıxarılması üçün cərrahi əməliyyat üsulu seçilir. Sidiyin müvəqqəti çıxarılması üçün böyrəkdə drenaj borusunun (stent) qoyulması da müalicə metodlarından biridir.
Sadalanan bütün müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində icra olunur.
Məlumat üçün bildirək ki, hidronefrozun əlamətləri yan və ya bel nahiyəsində ağrı (xüsusilə birtərəfli), sidik ifrazında çətinlik, sidikdə qan (hematuriya),  tez-tez sidiyə getmə və ya sidik qaçırma, ürəkbulanma, qusma, uşaqlarda qarın boşluğunda şişlik hiss olunması, irəliləmiş mərhələdə isə yüksək təzyiq, böyrək funksiyasının zəifləməsidir.
Əvvəlki yazı

Bu ölkədə “Şuşa” parkı salınacaq

Növbəti yazı

Ananın imtina etdiyi uşaqla bağlı - Açıqlama

XƏBƏR LENTİ

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar

24/04/2026 23:11
İran ABŞ-nin “sümüklərini sındıra” bilər”

İran ABŞ-nin “sümüklərini sındıra” bilər”

24/04/2026 22:57
Kral ABŞ-yə səfər edəcək

Kral ABŞ-yə səfər edəcək

24/04/2026 22:46
İntensiv YAĞINTILAR GƏLİR

İntensiv YAĞINTILAR GƏLİR

24/04/2026 22:45
ABŞ İran limanlarına dəniz blokadası tətbiq edir

İran Hörmüzü yenidən minalayır”

24/04/2026 22:32
Azərbaycan hökuməti TOPLAŞDI - son dəqiqə QƏRARLARI

Azərbaycan hökuməti TOPLAŞDI - son dəqiqə QƏRARLARI

24/04/2026 22:19
5 güləşçimiz mübarizəyə başlayır

5 güləşçimiz mübarizəyə başlayır

24/04/2026 22:17
Samboçumuz Avropa çempionu oldu

Samboçumuz Avropa çempionu oldu

24/04/2026 22:04
Bu şəxslərə 2000-6000 manat veriləcək

Bu şəxslərə 2000-6000 manat veriləcək

24/04/2026 21:53
28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

28 yaşlı oğlan evlərinin həyətindəki tikilidə ölü tapıldı

24/04/2026 21:25
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.