İran dövlət televiziyası IRIB ABŞ və İsraillə davam edən qarşıdurmaların 16-cı günündə “Dalğa 54” əməliyyatı çərçivəsində Siccil ballistik raketlərinin ilk dəfə istifadə edildiyini elan edib.
Alyans.media xarici mətbuata istinadən xəbər verir ki, İranın ən inkişaf etmiş bərk yanacaqlı orta mənzilli raketlərindən biri olan Siccil 2.000–2.500 kilometr uçuş məsafəsinə malikdir və mobil platformalardan buraxıla bilir.
İran iddia edir ki, raket Natanz şəhərindən buraxılarsa, təxminən 7 dəqiqəyə Tel-Əvivə çata bilər.
Qeyd edək ki, İranın “Siccil” adlı ballistik raketinin adı Qurani-Kərimdəki Fil surəsindən götürülmüşdür. Fil surəsində Kəbəni dağıtmaq üçün fillərlə gələn Əbrəhənin ordusuna qarşı Allahın Əbabil quşlarını göndərdiyi və bu quşların ordunun üzərinə “siccil”, yəni “bişmiş palçıq daşları” və ya “bərkiyən gil daşları” atdığı təsvir olunur.
Bu daşların nəticəsində Əbrəhənin ordusunun məhv edildiyi bildirilir.











