• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqda təqsirləndirilən şəxsə hökm oxunub

16 Mart, 26 / 16:21
A A
Hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda xaricdə yaşayan bloger Qabil Məmmədov vasitəsilə rüsvayedici məlumatlar yayacağı barədə hədə-qorxu gəlməkdə və qanunsuz sahibkarlıqla məşğul olmaqda təqsirləndirilən Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Alyans.media APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Qönçə Məmmədova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Qönçə Məmmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, Qönçə Məmmədova daha öncə qanunsuz gəlir əldə etmək məqsədilə 13 nəfər şəxsə faizə pul verməkdə ittiham olunub.

İttiham aktında qeyd olunub ki, Qönçə Məmmədova faizə pul verdiyi Gülayə Quliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə guya qohumu kimi təqdim etdiyi bloqer Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda onun haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib. Hədələrlə Gülayə Quliyevadan pul ala bilmədiyini görüb onun qohumluq münasibətlərində olduğu G.Kazımova, M.Qənizadə və D.Qəniyevin “İnstagram” və “Facebook” sosial şəbəkələrindəki şəxsi hesablarında olan fotoları, habelə onların şəxsi həyatı və guya müxtəlif cinayətləri törətmələrinə dair məlumatları tanışı Lalə Sultanova vasitəsilə əldə edərək votsapla Qabil Məmmədova göndərib. Qabil Məmmədov “Youtube” internet platformasında Gülayə Quliyeva və onun qohumluq münasibətlərində olduğu şəxslər haqqında rüsvayedici məlumatların yayılmasını təşkil edib.

Bundan əlavə, o, təkrarən sələmçilik fəaliyyətini həyata keçirməklə Fəridə Fərzəliyevadan əlavə əmlak əldə etmək məqsədi ilə eyni üsulla Qabil Məmmədov vasitəsilə bütün sosial platformalarda mütəmadi çıxışlar edib, onun haqqında rüsvayedici məlumatlar yayıb. Hətta onu oğurladacağı hədəsi ilə əlavə 4500 manat məbləğində pulu hədə-qorxu ilə tələb edib.

Qönçə Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Əvvəlki yazı

Uğurlu insanlar niyə özlərinə inanmır? – İmpostor sindromunun sirri

Növbəti yazı

İsrail ordusunun sözçüsü: Putini vura bilərik 

XƏBƏR LENTİ

Tramp son sözü deyəcək

Həmin qadınların edam hökmü ləğv edildi

22/04/2026 22:35
Onlayn fırıldaq cəhdi: vətəndaş son anda zərərdən yayına bildi

Onlayn fırıldaq cəhdi: vətəndaş son anda zərərdən yayına bildi

22/04/2026 22:06
Ağ Evdə həyəcan siqnalı

Ağ Evdə həyəcan siqnalı

22/04/2026 21:43
Mənim adım eşq” solo konserti ilə səhnəyə çıxacaq

Mənim adım eşq” solo konserti ilə səhnəyə çıxacaq

22/04/2026 21:26
Qarabağ” bir nəfər azlıqda qalır

Qarabağ” bir nəfər azlıqda qalır

22/04/2026 21:05
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

22/04/2026 20:23
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

22/04/2026 19:53
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.