• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Aprelin 1-dən metroda elektron siqaret qadağası – qaydanı pozanları cərimə gözləyir

16 Mart, 26 / 22:31
A A
Aprelin 1-dən metroda elektron siqaret qadağası – qaydanı pozanları cərimə gözləyir

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, Azərbaycanda elektron siqaretlərin istifadəsi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdirilir. Yeni qaydalara görə, 2026-cı il aprelin 1-dən etibarən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərdən istifadə qadağan olunacaq.

Alyans.media xəbər verir ki, dəyişikliklər ictimai yerlərdə tütün və tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin daha effektiv icrasını təmin etmək məqsədi daşıyır. Qadağa metro stansiyalarını, platformaları, keçidləri və qatarların daxilini əhatə edəcək.

Qanunvericiliyə əlavə edilən yeni maddəyə əsasən, tütün məmulatlarının istifadəsinin qadağan edildiyi ictimai məkanlarda elektron siqaret çəkən şəxslər inzibati məsuliyyət daşıyacaq. Bu halda vətəndaşlar 30 manat məbləğində cərimə edilə bilər. 

Bundan əlavə, elektron siqaretlərin dövriyyəsi ilə bağlı da sərt qaydalar tətbiq olunur. Belə ki, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması və satışı da inzibati xəta hesab ediləcək. Bu qaydaları pozan fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə oluna bilər və məhsullar müsadirə ediləcək. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunub və qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi ictimai yerlərdə sağlam mühitin qorunması və əhalinin sağlamlığının müdafiəsi məqsədi daşıyır. 

İndi Bakı metrosunda siqaret kimi elektron siqaretlərin də istifadəsi qadağan olunmuş məkanlar siyahısına daxil edilir və bu qaydanın pozulması inzibati məsuliyyətə səbəb olacaq.

Əvvəlki yazı

ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var

Növbəti yazı

Çoxdan bilirdim ki, müttəfiqlərimiz köməyə gəlməyəcək

XƏBƏR LENTİ

Günay Avropa üçüncüsü oldu

Günay Avropa üçüncüsü oldu

23/04/2026 23:36
Metroda qatarların hərəkəti tam bərpa olundu

Metroda qatarların hərəkəti tam bərpa olundu

23/04/2026 23:20
Quru sərhədlər açıldı?

Quru sərhədlər açıldı?

23/04/2026 23:09
Küləklə bağlı – Xəbərdarlıq

Küləklə bağlı – Xəbərdarlıq

23/04/2026 22:44
92 yaşlı kişi kafedə öldü

92 yaşlı kişi kafedə öldü

23/04/2026 22:20
Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

23/04/2026 22:15
Timatinin də adı həmin siyahıda var

Timatinin də adı həmin siyahıda var

23/04/2026 22:05
“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

23/04/2026 22:04
WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

23/04/2026 21:43
“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.