Alyans.media Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Ermənistanın əsas işəgötürənlərinin nümayəndələri ilə görüşündə bildirib .
“Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə, ilk növbədə, Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin başlanması ilə bağlı mühüm hadisələr gözləyirik”, – deyə Paşinyan bildirib.
Baş nazir həmçinin vurğulayıb ki, Ermənistana dəmir yolu yükləri artıq Azərbaycan vasitəsilə daşınır.
Bundan əlavə, o, TRIPP çərçivəsində Azərbaycanla dəmir yolu xidmətinin açılmasının vacibliyini qeyd etdi.










