• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Siyasət

Kamran Əliyev Çinə rəsmi səfərə gedib

13 Aprel, 26 / 16:32
A A
Kamran Əliyev Çinə rəsmi səfərə gedib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.

Alyans.media İki sahilə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq Azərbaycan nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin, ölkələrin arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.

Kamran Əliyev səmimi qəbula və yüksək qonaqpərvərliyə görə öz təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkələrin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələr arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında baş tutan mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Çin Xalq Respublikasının sədri cənab Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.

Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak etmişdir. Eyni zamanda ötən il Azərbaycan Respublikası Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını Azərbaycana səfərə dəvət edib.

Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Əvvəlki yazı

Qazaxıstan Orta Dəhlizin inkişafı üçün rəqəmsal sistemləri inteqrasiya edəcək

Növbəti yazı

Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

XƏBƏR LENTİ

İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

“Bu şərtlər altında istənilən görüş vaxt itkisidir”

20/04/2026 20:27
Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

Azərbaycanda 12 uşağa görün nə adı QOYULUB?

20/04/2026 20:02
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.