• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər…

15 Aprel, 26 / 20:36
A A
Speys TV bağlanır? – Telekanal daxilində baş verənlər…

Hazırda medianın gündəmindəki mövzulardan biri də Vado Korovinin Speys TV-dən ayrılması və bunun mümkün nəticələridir. Bəzi ekspertlər və izləyicilər bunu Speys TV üçün dönüş nöqtəsi kimi qiymətləndirirlər. Hətta kanalın fəaliyyətini dayandıra biləcəyi ehtimalı da irəli sürülür.

Bəs reallıq necədir: Speys TV bağlanacaqmı?

Alyans.media xəbər verir ki, Glolbalinfo.az-a danışan media eksperti Müşfiq Ələsgərli son iki gün ərzində Speys TV barədə yayılan xəbərlərin bir neçə istiqaməti əhatə etdiyini bildirib.

“Bunlardan biri televiziyanın baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlıdır. Başqa bir istiqamət isə Audiovizual Şura tərəfindən kanalda yoxlamaların aparılmasıdır. Diqqət yetirəndə görürük ki, bu xəbərlərin içində digər törəmə informasiyalar da mövcuddur. Yəni TV barədə qeyri-müəyyən məlumatların çeşidi çoxdur. Yaxşı olardı ki, ehtimallar, subyektiv mülahizələr yayılıb ictimai fikirdə yer tutmadan öncə TV rəhbərliyi media qarşısına çıxıb açıqlama versin. Nə baş verdiyini, niyə baş verdiyini izah etsin”, – o əlavə edib.

M.Ələsgərli qeyd edib ki, gedişatla bağlı müəmmalar var:

“Düzdür, jurnalistlərin suallarına cavab olaraq TV-nin hansısa təmsilçisi müəyyən açıqlama verib, məlumatların bir qismini təkzib edib, digər qisminə isə toxunmadan üzərindən keçib. Amma sual yaranır ki, o, yayılmış məlumatların digər qismini cavablandırmaqdan niyə yan keçib? Bu cür davranış qeyri-müəyyənliyi artırır. İnsanlarda istər-istəməz şübhə yaranır ki, deməli, ortada daha dərin məsələlər var. Bəlkə də, dərin bir şey yoxdur. Yoxlamalar yekunlaşıb nəticələr açıqlanmayana qədər biz heç bir şey deyə bilmərik. Yaranmış suallara aydın cavab vermək üçün ən yaxşı vasitə kanal rəhbərliyinin media qarşısına çıxıb normal açıqlama verməsi olardı. Təəssüf ki, iki gün ərzində bunu görmürük”.

Əvvəlki yazı

İran XİN: Livanda atəşkəs ABŞ-la danışıqlarda vacib şərtlərdən biridir

Növbəti yazı

9 nəfəri qətlə yetirənin atası polis rəisi, anası müəllim imiş - Saxlanıldılar

XƏBƏR LENTİ

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

20/04/2026 16:59
Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

20/04/2026 16:45
Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

20/04/2026 16:30
Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

20/04/2026 16:15
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

20/04/2026 16:07
NATO qırıcıları Estoniya səmasında

NATO qırıcıları Estoniya səmasında

20/04/2026 15:55
Böyük Britaniya Hörmüz boğazının açılması üçün 30-dan çox ölkəni bir araya gətirir

Hörmüz boğazından 20-dən çox gəmi keçib

20/04/2026 15:45
Paşinyan: Bakı-İrəvan sülhü Ermənistanın iqtisadiyyatını gücləndirəcək

“Biz bu mövzunu bağlayırıq, yalnız belə yolla...” - Paşinyan

20/04/2026 15:37
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.