• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Təhsil

BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

20 Aprel, 26 / 15:27
A A
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı  

Bakı Mühəndislik Universitetində (BMU) Çinin nüfuzlu Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan “PKTU-BMU Mühəndislik fakültəsi”nin rəsmi açılış mərasimi keçirilib.

Alyans.media xəbər verir ki, hər iki universitetin rektoru və  akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

Fakültənin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda Azərbaycanla Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin ötən il imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu vurğulayan Yaqub Piriyev əlavə edib ki, fakültə ölkələr arasında elm və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Qeyd olunub ki, 2025-ci ildən etibarən BMU ilə PKTU arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və 6 ixtisası əhatə edən bu proqram Azərbaycan ilə Çin universitetləri arasında ilk belə təşəbbüs kimi tarixə düşüb. Rektor bu əməkdaşlığın davamı olaraq fərqli formatda yaradılan fakültənin yüksəkixtisaslı kadrların hazırlanmasında önəmli rol oynayacağına, innovativ ideyaların formalaşdığı, elmi tədqiqatların inkişaf etdiyi akademik mərkəzə çevriləcəyinə əminliyini bildirib.

Rektor əlavə edib ki, fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Müəyyən akademik tələblərə cavab verən tələbələr 3 il Azərbaycanda, 1 il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna yiyələnmək imkanı əldə edəcəklər. Hər tədris ili üzrə 100 tələbənin qəbulunun nəzərdə tutulduğu fakültədə kompüter elmləri/süni intellekt, kimya mühəndisliyi, biotexnologiya, həmçinin mexanika mühəndisliyi sahələri üzrə kadrlar hazırlanacaq və tədris prosesi hər iki universitetin professorları tərəfindən aparılacaq.

PKTU-nun rektoru, professor Tan Tianvei isə tədqiqatyönümlü ali məktəb haqqında təqdimatında təhsilin bütün pilləri üzrə proqramlar həyata keçirildiyini bildirib. Qeyd edilib ki, PKTU  kimya mühəndisliyi, biotexnologiya və bir sıra müvafiq ixtisaslar üzrə reytinqdə dünyanın ilk 100 universiteti sırasında yer alır. Çin və Azərbaycan liderlərinin dostluq münasibətlərinin xalqlar arasında müsbət əlaqələrdə mühüm rol oynadığını vurğulayan rektor BMU ilə ikili diplom proqramını və yeni yaradılan fakültəni iki ölkənin təhsil sahəsində əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirib. O həmçinin vurğulayıb ki, fakültə tələbələrə beynəlxalq səviyyədə rəqabətədavamlı bilik və bacarıqlar qazandıracaq, elmi tədqiqatların inkişafına xidmət göstərəcək. Tan Tianvei bu təşəbbüsün gələcəkdə daha geniş tədqiqat layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacağına əminliyini ifadə edib.

Tədbir çərçivəsində rektorlar tərəfindən iki universitet arasında əməkdaşlığın davamlılığına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və ekoloji dəyərlərin təşviqinə rəmzi töhfə olaraq ağac əkilib.

Sonra fakültə ilə tanışlıq olub.

Əvvəlki yazı

Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Növbəti yazı

“Biz bu mövzunu bağlayırıq, yalnız belə yolla...” - Paşinyan

XƏBƏR LENTİ

Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

20/04/2026 18:18
Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

20/04/2026 16:59
Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

20/04/2026 16:45
Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

20/04/2026 16:30
Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

Xarici İşlər Naziri Bayramov, UNESCAP rəsmi əməkdaşlıq müzakirəsi

20/04/2026 16:15
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏ

20/04/2026 16:07
NATO qırıcıları Estoniya səmasında

NATO qırıcıları Estoniya səmasında

20/04/2026 15:55
Böyük Britaniya Hörmüz boğazının açılması üçün 30-dan çox ölkəni bir araya gətirir

Hörmüz boğazından 20-dən çox gəmi keçib

20/04/2026 15:45
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.