açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, əvvəlcə həmin qadınların edam ediləcəyi gözlənilsə də, son anda bu qərar ləğv olunub.
Onun sözlərinə görə, etirazçılardan dördü dərhal azadlığa buraxılacaq, digər dörd nəfərə isə bir ay müddətinə həbs cəzası veriləcək.
ABŞ liderti paylaşımında İran rəhbərliyinə müraciətinin nəzərə alındığını vurğulayaraq, edam qərarının dayandırılmasını yüksək qiymətləndirdiyini bildirib.
Xatırladaq ki, dünən Donald Tramp ölüm cəzasına məhkum edilmiş 8 iranlı qadının azad olunması üçün rəsmi Tehrana müraciət edib.
İran tərəfi isə həmin qadınların edam cəzasına məhkum edilməsi ilə bağlı iddianı təkzib etmişdi.










