• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sağlamlıq

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

23 Aprel, 26 / 20:14
A A
İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları
Orta əsr təbabətinin görkəmli nümayəndəsi İbn Sina min il əvvəl qələmə aldığı “Əl-Qanun fit-Tıb” (Tibb qanunu) əsərində müxtəlif xəstəliklərin müalicəsində təbii vasitələrin rolunu xüsusi vurğulayıb. Alimin yazdığına görə, ən faydalı meyvələrdən biri də əncirdir.
Alyans.media xəbər verir ki, əncir əsərdə təkcə qida məhsulu deyil, eyni zamanda böyrək problemlərindən tutmuş dəri xəstəliklərinə qədər bir çox hallarda istifadə edilən təbii vasitə kimi təqdim olunur. Xüsusilə onun “təmizləyici” xüsusiyyəti ön plana çəkilir.
Mənbələrdə bildirilir ki, əncirin müntəzəm istifadəsi böyrək qumunun təmizlənməsinə və sidik kisəsinin fəaliyyətinin yaxşılaşmasına kömək edə bilər. Eyni zamanda, dəri rənginin yaxşılaşmasına təsir göstərdiyi də vurğulanır.
Alimin fikirlərinə görə, əncirin təkcə meyvəsi deyil, yarpağı, südü və bişmiş forması da müxtəlif məqsədlərlə istifadə olunub. Belə ki, əncir yarpağından alınan şirənin dəri problemlərinə qarşı tətbiq edildiyi, bişmiş əncirin isə boğaz və qulaq iltihablarında faydalı sayıldığı qeyd olunur.
Bununla yanaşı, xam əncirin yerli tətbiqinin dəri üzərindəki ləkə və ziyillərə qarşı istifadə edildiyi, əncir südünün isə yaraların sağalmasına kömək etdiyi bildirilir. Həmçinin, əncirin bronxlar və tənəffüs yolları üçün də faydalı olduğu, xroniki öskürək və sinə ağrılarında istifadə edildiyi vurğulanır.
Əncirin qaraciyər və dalaq fəaliyyətinə təsiri, eləcə də böyrək və sidik yollarının sağlamlığı üçün əhəmiyyəti də qeyd olunur.
Bununla belə, mütəxəssislər bu kimi məlumatların əsasən ənənəvi təbabətə aid olduğunu, müasir tibbi müalicə üsullarını əvəz etmədiyini diqqətə çatdırırlar.
/Metbuat.az
Əvvəlki yazı

İran 5 ölkəyə xəbərdarlıq etdi

Növbəti yazı

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

XƏBƏR LENTİ

Metroda qatarların hərəkəti tam bərpa olundu

Metroda qatarların hərəkəti tam bərpa olundu

23/04/2026 23:20
Quru sərhədlər açıldı?

Quru sərhədlər açıldı?

23/04/2026 23:09
Küləklə bağlı – Xəbərdarlıq

Küləklə bağlı – Xəbərdarlıq

23/04/2026 22:44
92 yaşlı kişi kafedə öldü

92 yaşlı kişi kafedə öldü

23/04/2026 22:20
Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

Günay İmamverdiye: “Sənətkar doğulur” – studiyada səslənən fikirlər müzakirə yaratdı

23/04/2026 22:15
Timatinin də adı həmin siyahıda var

Timatinin də adı həmin siyahıda var

23/04/2026 22:05
“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

“Jurnalist olmaq status deyil, məsuliyyətdir” - AÇIQLAMA

23/04/2026 22:04
WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

23/04/2026 21:43
“İsrail İranı daş dövrünə qaytaracaq”

“İsrail İranı daş dövrünə qaytaracaq”

23/04/2026 21:19
Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

Diplom cibdə, gələcək havada: gənclər niyə iş tapa bilmir?

23/04/2026 20:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.