• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə kriminal

Ailə faciəsinə səbəb olan sürücü-inkasator həbs edildi

13 Mart, 26 / 16:16
A A
Ailə faciəsinə səbəb olan sürücü-inkasator həbs edildi

Ötən ilin iyulunda Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş sürücü həbs edilib.

Alyans.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində 1984-cü il təvəllüdlü sürücü Elnur Yaqubova hökm oxunub.

Bildirilib ki, o, banklardan birində sürücü-inkasator işləyib və hadisəni törətdiyi avtomobil də banka məxsus olub.

Hadisə saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 46-cı kilometrliyində – magistralın Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. E.Yaqubov idarə etdiyi 99 AU 092 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı səkiyə çıxıb. Nəticədə o, səkidə olan 1974-cü il təvəllüdlü İradə Müslüm qızı Bədirova və onun qızı 2004-cü il təvəllüdlü Gülnar Rəsul qızı Bədirovanı vurub.

Qəza nəticəsində ana hadisə yerində ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

Məhkəmədə İ.Bədirovanın yaxınları vurulmuş zərərə görə sürücüdən 50 min manat mənəvi təzminat tələb ediblər.

Təqsirləndirilən şəxs isə həmin məbləği ödəmək gücündə olmadığını deyib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə E.Yaqubova 5 il 2 ay həbs cəzası verilib. O, məhkəmə zalında qandallanıb.

Bundan başqa, təqsirləndirilən şəxsin sürücülük hüququ da 2 il məhdudlaşdırılıb. Həmçinin ondan 10 min manat tutularaq maddi zərərə görə zərərçəkmiş tərəfə ödənilməsi də qərara alınıb.

Əvvəlki yazı

Plastik butulkalara “stop”: Gürcüstanda yeni ekoloji qərar

Növbəti yazı

SEPAH ərəb ölkələrindən kəşfiyyat dəstəyi istəyib

XƏBƏR LENTİ

Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

Cənubi Koreya və Vyetnam Orta Korridoya qoşula bilər

21/04/2026 15:47
Almaniya XİN İranı ABŞ ilə danışıqlar fürsətini əldən verməməyə çağırır

Almaniya XİN İranı ABŞ ilə danışıqlar fürsətini əldən verməməyə çağırır

21/04/2026 15:38
Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlıq memorandumu imzalayacaqlar

Azərbaycan və Latviya konsulluq məsələləri üzrə əməkdaşlıq memorandumu imzalayacaqlar

21/04/2026 15:32
“Bakı və İrəvanın münasibətlərinin normallaşdırılması Aİ üçün vacibdir”

“Bakı və İrəvanın münasibətlərinin normallaşdırılması Aİ üçün vacibdir”

21/04/2026 15:28
Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu

Bakı Metropoliteninin fəaliyyəti bərpa olundu

21/04/2026 15:13
Süni intellektlə saxta video və foto düzəldənlərin diqqətinə

Süni intellektlə saxta video və foto düzəldənlərin diqqətinə

21/04/2026 15:09
“Bakı Metropoliteni”: Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək 

“Bakı Metropoliteni”: Bir saat ərzində metronun fəaliyyəti bərpa ediləcək 

21/04/2026 15:00
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib

Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib

21/04/2026 14:51
Qubada yol qəzasında yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb

Qubada yol qəzasında yaralananlardan birinin həyatını xilas etmək mümkün olmayıb

21/04/2026 14:45
İran müharibəsi bioyanacağa tələbatı artırır

İran müharibəsi bioyanacağa tələbatı artırır

21/04/2026 14:38
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.