• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İqtisadiyyat

Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb

16 May, 26 / 18:07
A A
Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb

“EOLOS Floating LiDAR Solutions” şirkəti Xəzər dənizində “Azerbaijan Green Energy Company” (AGEC) şirkətinin dəniz külək enerjisinin işlənməsi sahəsində FLS200 modelli inteqrasiya olunmuş üzən LiDAR dəniz nişanını (buy) istismara verib.

Alyans.media xəbər verir.

“Report” EOLOS-a istinadən yazır  ki, bu kampaniya həmin regionda dəniz külək zonalarının qiymətləndirilməsi üzrə öz növündə ilk təşəbbüs olub.

Qeyd edək ki, EOLOS şirkəti 2026-cı ilin yanvarında dəniz obyektində ölçmə kampaniyasının kompleks şəkildə həyata keçirilməsi üzrə tenderdə müqavilə qazanıb. EOLOS-un məlumatına görə, “OWC” şirkəti (“ABL Group”a daxildir) işlərin həcmi və satınalma prosesi üzrə texniki məsləhətçi qismində çıxış edib.

Kampaniyanın bir il davam edəcəyi gözlənilir. Onun məqsədi turbinlərin və bünövrə növlərinin seçilməsi üçün zəruri olan investisiya sinfinə (bank səviyyəsinə) aid məlumat massivlərini təqdim etməkdir.

Xatırladaq ki, müqavilə AGEC ilə Azərbaycanın Energetika Nazirliyi arasında Xəzər dənizində ilkin tədqiqatların və hazırlıq işlərinin aparılmasına dair saziş çərçivəsində bağlanıb.

2025-ci ilin dekabrında məlumat verilmişdi ki, Energetika Nazirliyi AGEC-in törəmə strukturu olan “Clean Energy Capital” şirkəti ilə ilkin gücü 200 MVt və ümumi gücü 600 MVt olan dəniz külək enerjisi sahəsində layihənin qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi haqqında saziş bağlayıb.

Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal “Report”a şərhində daha əvvəl bildirib ki, ölkə dəniz (ofşor) külək enerjisi infrastrukturunun formalaşdırılmasına dəstək göstərilməsi üçün ADB sorğu göndərib.

Öz növbəsində, “Acwa” şirkətinin Mərkəzi Asiya üzrə regional prezidenti Abid Malik “Report”a müsahibəsində vurğulayıb ki, şirkət Azərbaycanda bu cür layihələrin texniki-iqtisadi əsaslandırılmasının qiymətləndirilməsində iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycan 2030-cu ilə qədər enerji balansında bərpa olunan enerji mənbələrinin payını 38 %-ə çatdırmağı hədəfləyir. Bunun üçün hazırda 8 QVt gücündə bərpa olunan enerji mənbələri layihələri həyata keçirilir.

Əvvəlki yazı

Ordumuz yaz-yay rejiminə keçdi

Növbəti yazı

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb

XƏBƏR LENTİ

ABŞ ilə danışıqları müzakirə etdilər

ABŞ ilə danışıqları müzakirə etdilər

16/05/2026 19:10
Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..."

Durovdan ŞOK AÇIQLAMA: "İranın atəşfəşanlığı üçün darıxıram, çünki..."

16/05/2026 19:00
Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

Xalq yazıçısı Elçinin xatirəsinə həsr edilmiş "Baş" tamaşası nümayiş olunub

16/05/2026 18:46
Moskvaya uçan 20 dron vurulub

Moskvaya uçan 20 dron vurulub

16/05/2026 18:41
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb

16/05/2026 18:23
Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb

Azərbaycan Xəzərdə külək enerjisi potensialının tədqiqinə başlayıb

16/05/2026 18:07
Ordumuz yaz-yay rejiminə keçdi

Ordumuz yaz-yay rejiminə keçdi

16/05/2026 17:54
Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

Bağçalara elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılır

16/05/2026 17:47
Hakan Fidan İstanbulda Əli Baqerini qəbul edib

Hakan Fidan İstanbulda Əli Baqerini qəbul edib

16/05/2026 17:44
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər

CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər

16/05/2026 17:29
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.