Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın müvafiq istiqamətdə uçuşları təxirə salınıb.
Alyans.media xəbər verir.
AZAL-dan “APA-Economics”ə bildirilib ki, şirkət sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.










