• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Boşandığı arvadını evə çağırıb, səkkiz bıçaq zərbəsi vurdu - Məhkəmə həbsdən azad etdi

09 Mart, 26 / 12:20
A A
Boşandığı arvadını evə çağırıb, səkkiz bıçaq zərbəsi vurdu - Məhkəmə həbsdən azad etdi
Goranboy rayonunda keçmiş həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Babakişi Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Alyans.media Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Abdullayev üç il azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını şərti hesab edib və B.Abdullayev məhkəmə zalından azad edilib.
İttihama görə, hadisə ötən ilin sentyabrında Goranboy şəhərində baş verib.
Zaqatala rayon sakini, 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaq xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına (RMX) hospitalizasiya edilib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, o, keçmiş əri, Goranboy rayon sakini, 1987-ci il təvəllüdlü Babakişi Abdullayev tərəfindən bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.
İstintaq zamanı məlum olub ki, hadisə B.Abdullayevin evində baş verib. B.Abdullayev və Fatimə Ömərova 2016-cı ildə ailə həyatı qurublar və onların birgə nikahdan iki övladları dünyaya gəlib. Ailə bir müddət mehriban yaşasa da, sonradan cütlük arasında mübahisələr yaşanıb və onlar boşanmaq qərarı veriblər. Məhkəmə yolu ilə boşanan cütlük bir müddət ayrı yaşasalar da, B.Abdullayev qadına yenidən birgə yaşamaq təklif edib. Həmin təklif əsasında qadın Babakişi ilə görüşərək, problemi həll etmək qərarına gəlib. Bu məqsədlə o, keçmiş ərinin yaşadığı evə gəlib. Evdə söhbət zamanı onların arasında yenidən mübahisə yaranıb və B.Abdullayev mətbəx bıçağı ilə Fatiməyə səkkiz zərbə endirib.
Əvvəlki yazı

Taxıl yüklü 7 vaqon Ermənistana gedir

Növbəti yazı

Trampdan İranın yeni ali liderinin seçilməsinə İLK REAKSİYA

XƏBƏR LENTİ

Ağ Evdə həyəcan siqnalı

Ağ Evdə həyəcan siqnalı

22/04/2026 21:43
Mənim adım eşq” solo konserti ilə səhnəyə çıxacaq

Mənim adım eşq” solo konserti ilə səhnəyə çıxacaq

22/04/2026 21:26
Qarabağ” bir nəfər azlıqda qalır

Qarabağ” bir nəfər azlıqda qalır

22/04/2026 21:05
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

22/04/2026 20:23
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

22/04/2026 19:53
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

22/04/2026 17:46
İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

22/04/2026 17:21
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.