• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Gündəm

“Bu şərəfsizlər peşman olacaqlar”

05 Mart, 26 / 16:49
A A
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

“Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü”.

Alyans.media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir.

Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi”.

Əvvəlki yazı

SON DƏQİQƏ! Ceyhun Bayramov Azərbaycanın İrandan tələblərini AÇIQLADI

Növbəti yazı

Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək 

XƏBƏR LENTİ

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

Bakının bu ərazisində evlər kəskin ucuzlaşdı

20/04/2026 19:37
İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

İmişlidə 59 yaşlı kişini cərəyan vurub öldürdü

20/04/2026 19:10
Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

Onların İslamabada göndərildiyini təsdiqlədi - “Artıq yoldadırlar”

20/04/2026 18:44
Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

20/04/2026 18:18
Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər - Yalnız bu halda

20/04/2026 17:52
Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

Dövlət Gömrük Komitəsinin səlahiyyəti artırıldı

20/04/2026 17:43
Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

Ermənistan KTMT-də fəaliyyətini bərpa edəcək?

20/04/2026 17:25
Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

Xəlilur Rəhman: Banqladeş Azərbaycanla müntəzəm məsləhətləşmələr təklif edir

20/04/2026 16:59
Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

Azərbaycanın nar ixracı 2026-cı ilin birinci rübündə 19% azalıb

20/04/2026 16:45
Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

Çin Lideri Səudiyyə Ərəbistanı vəliəhdi ilə Yaxın Şərq böhranını müzakirə edib

20/04/2026 16:30
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.