• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə İdman

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

25 Aprel, 26 / 17:48
A A
“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışı keçir.

Alyans.media xəbər verir ki, yığmamızın baş məşqçisi Ruy Jorje jurnalistlərlə görüşdə toplanışı dəyərləndirib:

– Toplanış necə keçir?

– Keyfiyyətli məşqlər keçmişik. Oyunçulardan istədiyimiz geridönüşü ala bilirik. İki həftəlik təlim-məşq toplanışından razıyam.

– Toplanışa yoxlama oyununun salınmamasının səbəbi nədir?

– Oyunçuları daha yaxından tanımaq istəyirdim. İlk yoxlama oyunundan əvvəl hansı səviyyədə olduğumuzu bilmək istəyirdik.

– Milli ilə ilk tanışlığınızdır. Komanda ilə bağlı təəssüratlarınız necədir?

– Futbolçuların yanaşmasından razıyam. Çox istəklidirlər və bizim oyun fəlsəfəmizə uyğun gəlirlər. Görürük ki, öyrənməyə və inkişaf etməyə can atırlar.

– Millidə hansı oyun fəlsəfəsini tətbiq edəcəksiniz?

– Hazırda bunu demək çox çətindir. Sözsüz ki, hamı hücumameylli oynamaq istəyər. Çalışacağıq ki, bu istiqamətdə gedək. Amma bunun üçün keyfiyyət lazımdır. Keyfiyyəti əldə etmək üçün çox məşq etməliyik.

– Qarşıdakı toplanışında yoxlama oyunları nəzərdə tutulub?

– Bəli, olacaq. Çox güman ki, xarici milli komandaya qarşı oynayacağıq.

– Heyəti yığarkən yerli məşqçilərdən fikir almısınız, yoxsa öz seçimlərinizdir?

– Bu yaş kateqoriyasında bundan əvvəl milliyə dəvət olunmuş oyunçulardır. Son oyunları izləmişik.

– Sizdən əvvəl burada tanınmış məşqçilər çalışıb, amma heç biri uğur qazanmayıb. Artıq komanda ilə tanışsınız. Şanslarınızı necə qiymətləndirirsiniz?

– Keçmiş məşqçilər barədə danışmaq düzgün olmazdı. Bura oyunçuların keyfiyyətini artırmaq üçün gəlmişəm. Gələcəyə fokuslanmışam. Bunun üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, elə komanda quracağıq ki, bütün ölkə onunla fəxr edəcək. Bu, mənim üçün çox vacibdir. Oyunların nəticəsi məşqlərin məntiqi sonluğu olmalıdır. 2027 FIFA U-20 Dünya Çempionatına ev sahibi kimi qatılacağıq. Sözsüz ki, bizimlə dünya çempionatına vəsiqə qazanacaq komandalar arasında böyük fərq var. Digər iştirakçılarla aramızdakı fərqi azaltmaq üçün işləməliyik.

– Qəbələdə şərait necədir?

– Çox razıyam. Bizim üçün əla şərait yaradılıb. Hara getsən, hər yerdə qonaqpərvər insanlarla rastlaşırsan. Dəstəyə görə hamıya təşəkkür edirəm.

 

Əvvəlki yazı

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Növbəti yazı

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

XƏBƏR LENTİ

Psixi sağlamlıq və onun qorunması

Psixi sağlamlıq və onun qorunması

25/04/2026 18:32
Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

25/04/2026 18:12
“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

25/04/2026 17:48
Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

25/04/2026 17:32
“Bu gün 6 sənəd imzaladıq” - Zelenski

“Bu gün 6 sənəd imzaladıq” - Zelenski

25/04/2026 17:22
Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

Azərbaycan xalça və xalça məmulatları istehsalını 22 dəfəyə yaxın artırıb

25/04/2026 16:59
Əraqçi Pakistana ABŞ-İsrail müharibəsinə son qoymaq üçün İranın mövqeyi barədə məlumat verdi

Əraqçi Pakistana ABŞ-İsrail müharibəsinə son qoymaq üçün İranın mövqeyi barədə məlumat verdi

25/04/2026 16:48
İran ABŞ-yə xəbərdarlıq etdi 

İran ABŞ-yə xəbərdarlıq etdi 

25/04/2026 16:48
Naxçıvanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub

Naxçıvanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub

25/04/2026 16:33
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25/04/2026 16:23
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.