• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

25 Aprel, 26 / 18:12
A A
Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

Mənzil təminatı sahəsində tətbiq olunan yeni sosial yanaşmalar cəmiyyətdə geniş müzakirələr doğurub. Qanunvericiliyə əsasən, xüsusi kateqoriyaya aid vətəndaşlar dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilirlər.

Bəs kimlər dövlət hesabına mənzil ala bilər?

Alyans.media xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, qüvvədə olan qaydalara görə, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təminatı birdəfəlik xarakter daşıyır.

Onun sözlərinə görə, vətəndaşlar dövlət mənzil fondundan yararlanmaq üçün yalnız bir dəfə növbəyə götürülə bilərlər. Bu mexanizmin əsas məqsədi şəxsi daha geniş və ya ideal yaşayış şəraiti ilə təmin etmək deyil, minimum yaşayış ehtiyacını qarşılamaqdır. Ailənin böyüməsi və ya mövcud şəraitdən narazılıq isə yeni hüquqi əsas sayılmır.

O qeyd edib ki, yalnız istisna və ciddi hallar zamanı təkrar müraciətlərə baxıla bilər:

“Məsələn, təbii fəlakət nəticəsində yaşayış sahəsi tam yararsız vəziyyətə düşərsə, bu, yeni hüquqi vəziyyət kimi qiymətləndirilə bilər. Lakin eyni səbəblə ikinci dəfə mənzil tələb etmək digər ehtiyacı olan şəxslərin hüquqlarına müdaxilə sayılır və sosial ədalət prinsipi ilə ziddiyyət təşkil edir”.

Mövzu ilə bağlı Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə isə tətbiq olunan qaydalar həm sosial ehtiyacların qarşılanması, həm də dövlət resurslarının ədalətli bölüşdürülməsi məqsədi daşıyır. Qurum bildirir ki, əlilliyi olan şəxslər və şəhid ailələri daim diqqət mərkəzində saxlanılır və indiyədək bu kateqoriyadan olan 16 mindən çox şəxs dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunub.

Qeyd edək ki, mövcud qanunvericilik imtiyazlı şəxslərin dövlət hesabına mənzil təminatını birdəfəlik prinsip üzərində qurur və yalnız fövqəladə hallar istisna olmaqla təkrar müraciətlərə imkan verir./Milli.Az

Əvvəlki yazı

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

Növbəti yazı

Psixi sağlamlıq və onun qorunması

XƏBƏR LENTİ

Bakı təhsilinin "Boz kardinal"ı və ya lisenziyasız dövlət qulluqçusu

25/04/2026 19:20
WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur

WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur

25/04/2026 19:16
İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi

25/04/2026 19:12
İran XİN rəhbəri Omana gedib

İran XİN rəhbəri Omana gedib

25/04/2026 19:10
Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib

Azərbaycan Ukraynaya humanitar yardım olaraq 5 sərnişin avtobusu verib

25/04/2026 19:08
Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

Premyer Liqa: "Sumqayıt" "İmişli"yə qalib gəlib

25/04/2026 19:01
Psixi sağlamlıq və onun qorunması

Psixi sağlamlıq və onun qorunması

25/04/2026 18:32
Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

Kimlər dövlət hesabına mənzil ala bilər? - Şərtlər

25/04/2026 18:12
“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

“Elə komanda quracağıq ki, bütün ölkə fəxr edəcək”

25/04/2026 17:48
Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

Alimlər çəki artımı baxımından ən riskli dövrü müəyyən ediblər

25/04/2026 17:32
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.