• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Elçin Bayramlı: “Bakıda aparılan nəqliyyat islahatları şəhəri iflic vəziyyətinə salıb”

29 Yanvar, 26 / 18:50
A A
Elçin Bayramlı: “Bakıda aparılan nəqliyyat islahatları şəhəri iflic vəziyyətinə salıb”

Son dövrlər Bakıda həyata keçirilən nəqliyyat islahatları vəziyyəti yaxşılaşdırmaq əvəzinə, əksinə, şəhərdə tıxacların sayını və davametmə müddətini artırıb, sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradıb.
Bu fikirləri Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Alyans.media – ya açıqlamasında bildirib.


Elçin Bayramlının sözlərinə görə, Bakının əksər küçələri dar olmaqla 1–2, maksimum 3 hərəkət zolağından ibarətdir. Bu zolaqlardan birinin avtobus, digərinin isə velosiped zolağına ayrılması nəticəsində ortada cəmi bir zolaq qalır və həmin zolaqda ciddi tıxaclar yaranır:
“Avtobus zolağından 15–20 dəqiqədən bir avtobus keçir, amma digər zolaqlarda saatlarla tıxac olur. Zolaq boş qalır, insanlar isə əziyyət çəkir. Bu, nəqliyyatın təşkili deyil, vəziyyəti daha da ağırlaşdırmaqdır. Bizdə taksilərin ictimai nəqliyyat zolağına buraxılmaması üçün ciddi və əsaslandırılmış səbəb yoxdur. Taksilərin sayı artıq azaldılıb, hamısı lisenziyalıdır və nəzarət altındadır. Zolağın boş qalmasındansa, taksilərin ora buraxılması ümumi gərginliyi azalda bilər.”

Elçin Bayramlı əlavə edib ki, hazırkı vəziyyətdə Bakıda avtomobili saxlayıb sərnişin endirib-düşürmək belə demək olar ki, mümkünsüz hala gəlib:
“Taksilər sağ zolaqlara girə bilmir, sərnişinləri yolun ortasında düşürməyə məcbur qalırlar. Bu isə birbaşa insanların həyatını təhlükə altına atır. Dünyanın heç bir normal şəhərində sərnişin yolun ortasında düşürülmür.”
Onun fikrincə, həm taksilərə ictimai nəqliyyat zolaqlarından istifadə imkanı verilməli, həm də adi avtomobillərə yol kənarında qısa müddətə sərnişin endirib-düşürməyə görə cərimə tətbiq edilməməlidir.

Ekspert pullu dayanacaqların da plansız şəkildə tətbiq olunduğunu vurğulayıb:
“Üç zolaqlı küçədə sağ və sol tərəfi pullu dayanacaq edib, ortada bir zolaq saxlayıblar. Bir avtomobil xarab olsa, bütün küçə iflic olur. Bakı demək olar ki, dünyada hər yerin pullu dayanacaq olduğu yeganə şəhərə çevrilib.”

Elçin Bayramlı hesab edir ki, mövcud “islahatlar” tıxacları azaltmır, əksinə artırır, ekologiyaya zərər vurur, insanların vaxtını və əsəblərini məhv edir:
“Bu islahat deyil. Bu, Bakı şəhərinin nəqliyyat sisteminin yanlış eksperimentlərlə iflic edilməsidir. Dünya təcrübəsinə baxılmalı və tamamilə əks istiqamətdə, məntiqli və təhlükəsiz bir sistem qurulmalıdır”.

 

Ülkər Rəhmanqızı

 

Əvvəlki yazı

Tramp və Niki Minaj əl-ələ

Növbəti yazı

Bu qurumda kütləvi ixtisarlar başladı - Təkcə 70 nəfər...

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.