• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

‘’Hər aqressiyanın arxasında ifadə olunmamış bir duyğu dayanır‘’ - PSİXOLOQ AÇIQLADI

18 Fevral, 26 / 21:25
A A
‘’Hər aqressiyanın arxasında ifadə olunmamış bir duyğu dayanır‘’ - PSİXOLOQ AÇIQLADI

Son illər azyaşlı uşaqlarda aqressiv davranışların artması həm valideynləri, həm də mütəxəssisləri ciddi şəkildə düşündürür. Bir vaxtlar sakit və utancaq kimi xarakterizə olunan uşaqların daha tez əsəbiləşməsi, yaşıdlarına qarşı sərt davranması, hətta zorakı reaksiyalar göstərməsi artıq təsadüfi hal kimi qiymətləndirilmir. Bu məsələni tək bir səbəblə izah etmək mümkün deyil. Psixoloji amillər, ailədaxili münasibətlər, sosial mühit və media təsiri – bütün bu faktorlar uşağın davranış modelinin formalaşmasında rol oynayır. Xüsusilə ailə mühiti burada əsas yer tutur. Uşaq ilk davranış dərsini evdə alır. Əgər evdə emosiyalar qışqırıqla idarə olunursa, mübahisələr aqressiya ilə həll edilirsə, uşaq bunu normal ünsiyyət forması kimi qəbul edə bilər.

Mövzu ilə bağlı Helin Şadfar Alyans.media-ya açıqlama verib. O bildirib ki, azyaşlı uşaqlarda artan aqressiyanın səbəbləri müxtəlif faktorlarla bağlı ola bilər: ‘’Bu məsələ təkcə bir səbəblə izah olunmur, həm psixoloji, həm ailəvi, həm də sosial mühit amilləri burada rol oynayır. Azyaşlılarda aqressiyanın artması valideynlərin davranışları ilə bağlı ola bilərmi?

Bəli, ola bilər. Çünki uşaq ilk sosial modeli ailədə görür. Əgər evdə tez-tez mübahisə, qışqırıq, sərt münasibət və ya aqressiv davranış varsa, uşaq bunu normal davranış kimi qəbul edə bilər. Uşaqlar əsasən müşahidə və təqlidlə öyrənirlər. Yəni valideyn özü emosiyalarını düzgün tənzimləyə bilmirsə, uşaqdan sakit və balanslı davranış gözləmək çətin ola bilər. Uşağın düşdüyü mühitlə aqressiyasının əlaqəsi varmı? Bəli, birbaşa əlaqəsi var. Təbii ki əgər ətrafda dağıdıb-yıxıcı, saldırgan davranışlar sərgiləyən uşaqlar çoxdursa istər-istəməz həmin uşağın da koqnitiv davranışlarına əks təsir göstərə bilər. Çünki uşaqlar təqlidlə öyrənirlər. Əgər uşaq davamlı olaraq aqressiv model davranışlarla qarşılaşırsa, bunu davranış norması kimi qəbul edə bilər. Eyni zamanda zorakı məzmunlu media, sosial təzyiq, məktəb və ya bağça mühitində olan konfliktlər də aqressiyanın artmasına səbəb ola bilər’’.

Psixoloq qeyd edib ki, bundan əlavə, emosional faktorlar da var: ‘’Uşaq bəzən duyğularını sözlə ifadə edə bilmədiyi üçün aqressiya ilə reaksiya verir. Qısqanclıq, diqqət çatışmazlığı, qorxu, güvənsizlik kimi hallar da aqressiv davranışın altında yatan səbəblər ola bilər. Yəni hər aqressiv davranışın arxasında bir ehtiyac və ya ifadə olunmamış duyğu dayanır. Nə qədər ki az yaş dönəmlərində uşağın ətrafında xeyir verən, pozitiv model davranışlar təkrar olunur, sağlam ünsiyyət, empati və doğru tərbiyə üsulu tətbiq edilir, gələcək üçün bu uşaq daha sağlam davranış forması ilə böyüyəcəkdir. Erkən yaş dövrü davranış formalaşması baxımından çox həssas mərhələdir və bu mərhələdə verilən modellər uşağın şəxsiyyət inkişafına birbaşa təsir göstərir’’.

 

Əvvəlki yazı

Epşteyn qurbanlarından YENİ İDDİA 

Növbəti yazı

Şagirdlərin zəhərləndiyi bufet bağlandı

XƏBƏR LENTİ

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

ABŞ bu səbəbdən İranda bombalara qənaət edib

13/05/2026 15:05
Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma

13/05/2026 14:43
Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

13/05/2026 14:18
Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

Slovakiya nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət etdi

13/05/2026 13:51
Sabah yay havası olacaq

Sabah yay havası olacaq

13/05/2026 13:23
İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu öldülər

13/05/2026 12:54
İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

İşçilər üçün VACİB XƏBƏR - Bu səhvi etsəz, problem yaşaya bilərsiniz

13/05/2026 12:29
Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

Abşeron Rayon İcra Hakimiyyəti milyonluq tenderləri yenə bu şirkətə verdi – “Nə əlaqə telefonu, nə də internet səhifəsi var…”

13/05/2026 12:04
Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir

13/05/2026 11:38
Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

Azərbaycanda yeni dələduzluq - "Facebook" və "Tik-Tok"da adamları belə aldadırlar

13/05/2026 11:13
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.