• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

“İdrak”dakı insident parlamentdə müzakirə olundu

10 Fevral, 26 / 13:46
A A
Müəllimə buna görə güllələnib – DETALLAR ÜZƏ ÇIXIR…

Son günlər Bakıda məktəblərdən birində baş verən xoşagəlməz hadisəyə toxunmaq istəyirəm. Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Artıq dünyanın bir sıra ölkələrində həyəcan təbili çalınmaqdadır”.

Alyans.media əbər verir ki, bu barədə deputat Ceyhun Məmmədov “İdrak” liseyində baş verən hadisə ilə bağlı parlamentdəki çıxışında bildirib.

“Uşaq və yeniyetmələrin bu zərərli təsirlərdən qorunması məqsədilə tənzimləyici mexanizmlər barədə ciddi düşünməyə ehtiyac var. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var.

Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var. Onu da qeyd edim ki, artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qərarlar qəbul edilir. Artıq bir sıra Avropa ölkələri, o cümlədən İtalya və İspaniyada artıq qərar və qanunların qəbul olunmasına başlanılıb.

Düşünürəm ki, artıq ölkəmizdə də bu istiqamətdə işlərə başlanılmasına ehtiyac var. Əks halda bu cür halların sayı daha da artacaq, proseslərin qarşısını almaq çətinləşəcək. Bu məsələdə həm məktəblərimizin, həm də ailələrimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimiz övladlarına daha çox vaxt ayırmalı, tərbiyə işinə daha çox diqqət yetirməli, onlarla daha çox ünsiyyətdə olmalıdır”, – deputat qeyd edib.

Deputat Qüdrət Həsənquliyev də sözügedən hadisəyə münasibət bildirib.

“Bu yaxınlarda “İdrak” liseyində bir hadisənin, ağır cinayətin şahidi olduq. Mətbuatdan oxuduq ki, lisey rəhbərliyi bilirmiş ki, həmin uşaq zorakılığa meyillidir və zorakılığı təbliğ edən materialları digər uşaqlara da yayır. Rəhbərlik bildirib ki, biz bu barədə valideynlərinə məlumat vermişdik. Bəs niyə aşağıda təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat verilməyib ki, həmin uşağı xüsusi olaraq yoxlasınlar?!

Görüntülərdən uşağın çiynində silahla liseyə daxil olanda bilinir ki, məktəbli çantası deyil. Amma təhülkəsizlik xidmətinin iki əməkdaşı heç buna əhəmiyyət də vermir, dayanıb söhbət edirlər. Bu, bullinqdir. Gələcəkdə bu uşaqlar potensial cinayətkar olurlar. Ona görə də ilk növbədə valideynə məlumat verilirsə və tədbir görülmürsə, bu barədə mütləq polisə bildirilməlidir. Onların xüsusi siyahısı tutulmalı və nəzarət olunmalıdır”, – parlamentari əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Əvvəlki yazı

Azərbaycanda bu materialın dövriyyəsi qadağan ediləcək

Növbəti yazı

İkinci təhsil almaq istəsələr, pulu özləri ödəyəcək - Qəbul edildi

XƏBƏR LENTİ

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

Bazarlarda məhsullar UCUZLAŞDI -VİDEO

21/04/2026 23:42
Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

Bakı metrosunda daha bir insident: Ölən şəxsin kimliyi bilindi

21/04/2026 23:15
Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.