• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Sosial

İkinci təhsil almaq istəsələr, pulu özləri ödəyəcək - Qəbul edildi

10 Fevral, 26 / 13:58
A A
İkinci təhsil almaq istəsələr, pulu özləri ödəyəcək - Qəbul edildi

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir.

Alyans.media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.

Hazırda qüvvədə olan “Təhsil haqqında” Qanuna görə, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

Layihəyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin yalnız Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Bu halda əlavə təhsil istisna olacaq. Başqa sözlə, bu halda sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməyəcək.

Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 8.2-ci bəndinə əsasən yenidən hazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir.

Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır. Bu xüsusda, sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanununun 14.8-1-ci maddəsində dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Əvvəlki yazı

“İdrak”dakı insident parlamentdə müzakirə olundu

Növbəti yazı

Bu çörəklər bahalaşdı

XƏBƏR LENTİ

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

Qurbanov Elvini buna görə komandadan qovub - Qızlarla partilər…

21/04/2026 22:49
Gənclər və İdman Nazirliyində nöqsanlar

Gənclər və İdman Nazirliyində nöqsanlar

21/04/2026 22:41
İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

İrandan ABŞ-yə növbəti imtina - “Blokada qalxmasa, danışıq olmayacaq”

21/04/2026 22:24
“Hizbullah” Livanda atəşkəsi pozub”

“Hizbullah” Livanda atəşkəsi pozub”

21/04/2026 22:05
‘’Zirə” Azərbaycan kubokunun finalında

‘’Zirə” Azərbaycan kubokunun finalında

21/04/2026 21:54
“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

“Şagird spirti termosda gətirib” - Həmin məktəbin direktoru+Video

21/04/2026 21:30
Latviya Prezidenti Azərbaycana gəldi

Latviya Prezidenti Azərbaycana gəldi

21/04/2026 21:03
Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

21/04/2026 21:00
Bu marşrut üzrə bütün avtobuslar yenilənir

Bu marşrut üzrə bütün avtobuslar yenilənir

21/04/2026 20:38
Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

Həqiqətin kölgəsində: saxta xəbərlər düşüncəmizi necə idarə edir?

21/04/2026 20:14
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.