İmtahanlar şagirdlərin həyatında mühüm yer tutur, lakin bu proses çox vaxt ciddi stress və gərginlik yaradır. Şagirdlərdə imtahan qorxusunu azaltmaq üçün həm məktəb, həm də ailə dəstəyi vacibdir. Valideyn təzyiqi isə imtahan nəticələrinə həm müsbət, həm də mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Alyans.media-ya açıqlama verib. O bildirib ki, ümumiyyətlə Azərbaycan təhsili imtahan yönümlüdür şagird artıq 1-ci sinifə başlayandan 11-ci sinifə qədər çox saylı imtahanlar verir: “Ümumtəhsil məktəblərində kiçik qiymətləndirmə, böyük qiymətləndirmə, aralıq qiymətləndirilməsi və buraxılış imtahanları bütün bunların hamısı artıq müəyyən mənada şagirdlər üçün bir stress yaradır. Başqa bir tərəfdən nəzərə alsaq ki, bu həm valideynlərin, həm də müəllim və bəzən də hətta yaxın qohumun, qonşunun diqqətində olan məsələdir ki, qiymətləndirmə ilə bağlı vaxtaşırı hesabat istənilir və bu uşaqlar üçün xüsusi gərginlik yaradır. Valideynlərlə bağlı məsələ əlbəttə ki valideynlər qiymətləndirmə ilə bağlı vaxtaşırı müəllimlərə təzyiq edirlər. Həm abituriyentlər, həm də valideynlər buraxılış imtahanlarında xüsusilə bir stress yaşayır”.
Eksperti qeyd edib ki, bütün bu gərginliyin hamısını azaltmaq üçün bir dünya təcrübəsinə baxsaq kifayət edir. “Məsələn bu gün nə Yaponiyada, nə Finlandiyada, nədə Kanadada bu ölkələr təhsildə inkişaf etmiş ölkələr sayılırlar amma heç birində bizdəki qədər imtanlar yoxdur. Elm və təhsil naziri özü brifinqlərin birində səsləndirmişdi ki, biz imtahanaların sayını azaldacayıq. Mən düşünürəm ki, bu istiqamətdə yəqin ki növbəti tədris ilində müşahidələrimiz olacaq. Ən azı təhsil məktəblərindəki qiymətləndirmələr fərqli olacaq və yaxud imtahanlar azalacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanları ağır keçirilir və burada da artıq abituriyentlərində, valideynlərində təəssüflər olsun ki bəzən neqativ istiqamətlərə köklənmələri olur ona görə də mən düşünürəm ki bu gün bizim qəbul sistemimizdə bir yenilik, dəyişiklik olmalıdır ki, bəlkə bu gərginlikdən stressdən yükümüz azala”.

Hacıyeva Xəvar










