Məhəmməd Baqir Qalibaf bildirib ki, İran hazırkı gərgin vəziyyətdə atəşkəs axtaran tərəf deyil. Onun sözlərinə görə, ölkə öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün bütün addımları atmağa hazırdır.
Alyans.media bu barədə xarici mediaya istinadən xəbər verir. İran parlamentinin sədri çıxışı zamanı vurğulayıb ki, regionda baş verən hadisələrə görə Tehran geri çəkilmək niyyətində deyil. O qeyd edib ki, İran hər hansı təzyiq və ya hücum qarşısında mövqeyini dəyişməyəcək.
Qalibaf həmçinin bildirib ki, ölkə rəhbərliyi vəziyyəti diqqətlə izləyir və lazım gələrsə daha sərt qərarlar qəbul edilə bilər. Onun sözləri regionda davam edən gərginlik fonunda İranın mövqeyinin dəyişmədiyini göstərir.
Sevinc Yarməmmədova










