• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə özəl

Kəskin respirator virus infeksiyalarının yayılması və uşaqlarda artan pnevmoniya halları – Həkimdən vacib xəbərdarlıq

14 Yanvar, 26 / 11:35
A A
Kəskin respirator virus infeksiyalarının yayılması və uşaqlarda artan pnevmoniya halları – Həkimdən vacib xəbərdarlıq

Son həftələrdə ölkədə kəskin respirator virus infeksiyalarının yayılması müşahidə olunur.  Məsələ ilə bağlı Alyans Media – ya danışan  həkim ekspert  Aydın Əliyev bildirib ki, bu virusların dəqiq törədicisi barədə rəsmi açıqlama verilməsə də, Səhiyyə Nazirliyinin baş infeksionisti kəskin respirator virus infeksiyalarının artdığını təsdiqləyib.

“Bu viruslar əsasən influenzaya aiddir və çoxsaylı alt növlərə malikdir. Hazırda yayılan infeksiya hava-damcı yolu ilə ötürülür və əsasən yuxarı tənəffüs yollarını zədələyir. Ən çox məktəblər, iş yerləri və sıx insan toplaşan məkanlarda yayılır”, – deyə həkim bildirib.

Aydın Əliyev əlavə edib ki, bu dəfəki infeksiya dalğası əvvəlki illərlə müqayisədə daha ağır keçir və uşaqlarda pnevmoniya hallarının artmasına səbəb olub.

“3-5 gündən artıq davam edən hərarət, halsızlıq, öskürək və digər əlamətlər varsa, mütləq həkimə müraciət edilməlidir. Əks halda, bu, ağırlaşmalara – o cümlədən pnevmoniyaya – gətirib çıxara bilər”, – o bildirib.
əlavə edib ki, artıq bəzi uşaqlarda xəstəlik reanimasiya səviyyəsinə qədər ağırlaşıb. Buna görə də valideynlərə və müəllimlərə çağırış olunur ki, xəstə uşaqlar təcili tibbi yardım almalı və sağlam uşaqlardan izolyasiya edilməlidir.

“Bu vəziyyət karantin tədbirlərini tələb etmir. Sadəcə olaraq maarifləndirmə aparılmalı, yoluxmuş şəxslər məsuliyyətli davranaraq cəmiyyətə çıxmamalı, həkimə müraciət edib qeydiyyata düşməlidirlər”, – deyə həkim vurğulayıb.

Aydın Əliyev sonda qeyd edib ki, bu tip viruslar hər il yayılsa da, bu ilki hallarda ağırlaşmalar daha çox müşahidə olunur və müalicə vaxtında aparılarsa, narahatlığa əsas yoxdur.

“Hər kəsə keçmiş olsun!” – deyə o, vətəndaşlara sağlamlıq arzulayıb.

Əvvəlki yazı

Bakıda və Abşeronda küləyin sürəti 28 m/s-dək güclənir

Növbəti yazı

Bu şəxslər üçün ayrılmış sosial yardımlar dayandırılır - RƏSMİ

XƏBƏR LENTİ

Qarabağ” bir nəfər azlıqda qalır

Qarabağ” bir nəfər azlıqda qalır

22/04/2026 21:05
Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

Azərbaycanda internet bahalaşdı - Yeni qiymət

22/04/2026 20:23
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

22/04/2026 19:53
Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

Dünya bazarındakı artım çörəyə təsir edəcək? – Ekspertdən açıqlama

22/04/2026 19:02
Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

Göygöldə qanunsuz tikintinin qarşısı alındı - VİDEO - FOTO

22/04/2026 18:36
AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

AYNA: Metropolitendə baş verən texniki insidentlə bağlı avtobusların sayı artırılıb

22/04/2026 18:11
Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı - XƏBƏRDARLIQ

22/04/2026 17:46
İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

İbrahimin vəsiyyəti təəccübləndirdi - “Pulu mən qazanmışam, kimə nə?”

22/04/2026 17:21
Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam neft ixrac olunub

22/04/2026 16:57
Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilib

22/04/2026 16:46
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.