• Haqqımızda
  • Əlaqə
Qaynar xətt: +994 55 105 80 36
ALYANS MEDİA
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
No Result
View All Result
ALYANS MEDİA
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı!

24 Yanvar, 26 / 12:15
A A
Məktəbli avtobusu, yoxsa “təhlükə mərkəzi”? – BRS (Baku Rent Service) özbaşınalığı!

Valideynlərin səbri daşdı! Övladlarımızın təhlükəsizliyini etibar etdiyimiz məktəb daşınması xidməti, “Baku Rent Service” (BRS) şirkətinin idarəçiliyinə keçəndən bəri əsl kabusa çevrilib.

Bizimesr.az bildirir ki, Bir vaxtlar nizam-intizamlı olan bu sahədə hazırda tam bir qanunsuzluq və xaos hökm sürür.
​
Təhlükə saçan “xidmət”: Qanunlar hara baxır?

​Şirkətin fəaliyyəti nəqliyyat və əmək qanunvericiliyinə aşkar meydan oxumaqdır. Ortadakı mənzərə dəhşətlidir: ​Sənədsiz sürücülər: Sükan arxasında əyləşən 60-65 yaşlı şəxslərin nə əmək müqaviləsi var, nə də gündəlik tibbi yoxlanışdan keçdiklərini təsdiq edən Kartları. Üstəlik sürücülərin bəzilərinin 74 yaşı var. Bu uşaqlar üçün ciddi təhlükədir.

Sığortasız canlar: Uşaqlarımızın sərnişin sığortası yoxdur! Hər hansı qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq? Xarici dövlət nömrə nişanları: Paytaxtın mərkəzində, məktəb xidmətində xarici dövlət nömrə nişanlı avtobusların işləməsi hansı hüquqi çərçivəyə sığır?
​
Avtobus deyil, “buzxana” və “təhqir yuvası”

​Maddi tərəfi bir kənara, uşaqlara qarşı olan münasibət insanlıqdan uzaqdır: ​Antisanitariya və Soyuq: Avtobusların içi bərbad vəziyyətdədir, təmizlik sıfırdır. Qışın oğlan çağında istilik sistemi işləmir, uşaqlar “buzxana”da dərsə gedib-gəlirlər.

Ayaqüstü daşınma: Uşaqlar salonda üst-üstə oturdulur, çoxu ayaq üstə gedir. Sürücünün kobud manevrləri və qəfil tormoz verməsi nəticəsində uşaqlar avtobusun içində yıxılır, xəsarət alırlar. Psixoloji zorakılıq: Sürücülər uşaqlarla daxili bazarda yük daşıyırmış kimi davranırlar. Onların ayaqqabısına, geyiminə irad tutan, ağzına gələni deyən, uşaqları təhqir edən bir “heyət”lə üz-üzəyik.

​Valideynlərin tələbi qətidir!

Uşaqlar artıq qorxudan avtobusa minmək istəmirlər. Seçdiyiniz şirkət hesabına övladlarımızı təhqir etdirmək və ya onların canını təhlükəyə atmaq istəmirik!

“Baku Rent Service” rəhbərliyinə və nəzarətçi qurumlara səslənirik: Ya bu biabırçılığa son qoyub normal xidmət təşkil edin, ya da bu işi bacaran peşəkarlara təhvil verin. Övladlarımızın sağlamlığı və mənəviyyatı sizin qazancınızdan qat-qat üstündür! /Tehsil.media/

Əvvəlki yazı

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü həbs edilib

Növbəti yazı

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub

XƏBƏR LENTİ

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

20/04/2026 23:52
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var

20/04/2026 23:28
İtaliyada 1 avroya evlər satılır

İtaliyada 1 avroya evlər satılır

20/04/2026 23:02
Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

Diplom var, amma yol yoxdur: gənclər niyə işsiz qalır? - EKSPERT AÇIQLADI

20/04/2026 23:02
Zelenski Kiyev rəhbərliyini tənqid etdi

Zelenski Kiyev rəhbərliyini tənqid etdi

20/04/2026 22:40
Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq

20/04/2026 22:16
Tramp son sözü deyəcək

Onlarla görüşməkdə heç bir problemim yoxdu

20/04/2026 21:39
Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

Dolu, yağış və küləkli hava şəraiti meyvələrin qiymətinə təsir edəcək?

20/04/2026 21:19
Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

Bakıda avtobus sürücüsü sükan arxasında vəfat etdi

20/04/2026 21:08
Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

Ucarda 15 yaşlı qız ana oldu - Cinayət işi açıldı

20/04/2026 20:53
Adı: AYNURƏ QULİYEVA VÜQAR QIZI
VÖEN: 7508853042
Domain adının sahibi: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Baş Redaktor: AYNURƏ QULİYEVA VÜQAR QIZI
Ünvan: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi, ev 23, mənzil 0
Tel: 050 621-15-13
E-mail: aynureguliyeva20@gmail.com
  • Haqqımızda
  • Əlaqə

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı

© 2025 ALYANS MEDİA - İNFORMASİYA PORTALI.