Alyans.media xəbər verir ki , bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Marijana Kuyundžiç Avropa Gününə həsr olunmuş tədbirdə bildirib . Bu barədə Aİ nümayəndələri Dünya Şəhər Forumunun (WUF13) Bakıda keçiriləcək 13-cü sessiyasında iştirak edəcəklər.
“Aİ nümayəndələri Bakıda keçiriləcək WUF13-də iştirak edəcəklər”, – deyə o bildirib.
Səfir həmçinin bu il Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri üzrə yeni ikitərəfli saziş üzrə danışıqların başlanmasının vacibliyini qeyd edib: “Bu danışıqlar təmiz enerji, ticarət, iqtisadi şaxələndirmə, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün müasir və iddialı bir çərçivə yaradacaq”.
Onun sözlərinə görə, tərəflər arasında artan qarşılıqlı əlaqə tərəfdaşlığın yalnız keçmişə deyil, həm də xalqlar üçün firavan bir gələcəyin qurulmasına yönəldiyini göstərir.
WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək. Forum Azərbaycan və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı (BMT-Habitat) arasında sıx əməkdaşlıq çərçivəsində keçirilir və davamlı şəhər inkişafı, ağıllı şəhərlər və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsini hədəfləyir.









